Icma.az
close
up
RU
İki şəhidimizin anım tədbiri keçirildi Foto

İki şəhidimizin anım tədbiri keçirildi Foto

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsi şəhidləri Qərib Baxşəliyev və Asiman Əliyevin anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Anar Mirzəyev çıxış edərək İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Xalqımız, Silahlı Qüvvələrimiz həmrəylik göstərərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Bu gün hər birimiz qürurluyuq. 30 il düşmən tapdağı altında qaldıqdan sonra azad olunan torpaqlarımızda bu gün Azərbaycanın şanlı Bayrağı dalğalanır. Qərib Baxşəliyev və Asiman Əliyev kimi şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazanacağımıza tam əmin idi. Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın igid əsgər və zabitləri döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları doğma torpaqlarımızdan qovdular. Qısa zaman kəsiyində – 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı. R.Quluyev qeyd edib ki, Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandıq. Əlbəttə, bu tarixi Zəfər asan əldə edilmədi, şəhidlər verdik, xeyli sayda döyüşçülərimiz qazi oldular. Bu gün şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqlar, onların torpaq sevgisi, döyüş yolu hər birimiz üçün bir örnəkdir. Şəhidlərimizin ruhuna hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu amallarla böyüməlidirlər. Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, Vətənini, xalqını sevən belə cəsur övladlar böyüdüblər.

Şəhid Asiman Əliyevin atası Vaqif Əliyev çıxış edərək Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən, Asimanın həyat yolundan danışıb. Bildirib ki, Asiman, Qərib kimi qəhrəmanların həyat yolu gənc nəslə örnəkdir. Şəhidlərimizin xatirəsi kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaq. Şəhidin atası göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Şəhid Asiman Əliyevin yaxın dostu Rayət İmaməliyev çıxışında qeyd edib ki, şəhidlərimizin qəhrəmanlıqlarından, şərəfli döyüş yolundan saatlarla, günlərlə danışmaq olar. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların adları dövlətimiz tərəfindən daim uca tutulacaq və ehtiramla yad ediləcək.

Tədbirin sonunda şəhidlərimizlə bağlı hazırlanan video-çarx nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri