Şəhidin bacısına yazdığı son mesaj ortaya çıxdı: “Kaş şəhid olardım, amma…”
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan səmasında qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində şəhid olan əsgər Əhməd Yasir Kuyucunun bacısı ilə son mesajlaşması ortaya çıxıb.
Tribuna Türkiyə saytlarına istinadən xəbər verir ki, şəhid Əhməd Yasir hadisədən bir gün əvvəl bacısı ilə müsajlaşıb. Bacısı qardaşının şəhid olmasını yuxusunda gördüyünü bildirib:
Yuxuda qardaşının şəhid olduğunu görən bacı bunu qardaşna yazıb. Şəhid Əhməd Yasir isə şəhid olmasına “kaş ki elə olsa, ama harada…” deyə cavab verib.
Əhməd Yasirin şəhid xəbərindən sonra bacısı ilə bu sonuncu danışığı gündəm olub.
Qeyd edək ki, Azərbaycanda keçirilən paradda iştirak etdikdən sonra Türkiyəyə geri dönən hərbi təyyarə Gürcüstan səmasında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə olan 20 hərbiçi şəhid olub.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















