Icma.az
close
up
RU
Şəhidin son ARZUSU ürək DAĞLADI “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” FOTO

Şəhidin son ARZUSU ürək DAĞLADI “Kaş ördəklərin çimdiyi sudan bir damcı olardı...” FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün daha bir qəhrəmanımız Şəhid Cavid Əvəz oğlu Təhməzovun Anım Günüdür.
Cavid Təhməzov 1994-cü il 25 iyun tarixində Bərdə rayonunun Cicimli kəndində dünyaya göz açıb. O, ailənin ikinci övladı olub və uşaqlar içərisndə hər zaman mərhəmətliyi və bacarıqlılığı ilə seçilib.
2012-ci ildə hərbi xidmətə çağırılan Cavid, Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyatçı-minaaxtaran kimi xidmətə başlayıb. 2014-cü ildə xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmətə (MAHHXQ) qayıtmış və xidmətini eyni istiqamətdə davam etdirib.

C. Təhməzov eyni zamanda 2020-ci ilin 12 iyul tarixində baş vermiş Tovuz döyüşlərində fəal iştirak edib.

27 sentyabr 2020-ci ildə başlayan ikinci  Qarabağ savaşında iştirak edən Cavid, Suqovuşan, Ağdərə, Murovdağ, Talış və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə xüsusi igidlik və şücaətlik göstərib. O, 1 oktyabr 2020-ci ildə düşmənin atdığı minamyot zərbəsi nəticəsində dünyasını dəyişib. Şəhidin cansız bədəni tanınmaz hala düşdüyündən onun nəşi 10 gün sonra 10 oktyabrda müəyyən olunub ailəsinə təhvil verilib.
2020-ci ildə Şəhidimiz Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Cavidgilin hərbi maşınını düşmən minamyotla vurmamışdan öncə qolundan yaralı olur və ölümündən bir neçə saat öncə atasına zəng vurur. Atası ilə əlaqə qura bilmədiyindən bibisi Esmira Zamanovaya yığır və son sözlərini ona deyir. Esmira xanım qardaşı balasının son sözlərini göz yaşları ilə Bizim.Media-ya danışıb:
“Caviddən zəng gəldi. İlk kəlməsindən səsi xoşuma gəlmədi. Yaralı olub-olmadığını soruşdum. Tam söyləmədi amma hiss etdim ki, çox narahatdır. Ailəsini soruşdu və sonda məni ömür boyu yandıracaq bir cümlə işlətdi. “Bibi günlərdir dilimə su dəymir, kaş sənin həyətindəki o ördəklərin çimdiyi sudan bir damcı olardı, başqa heçnə istəmirəm”dedi. Mən ölənə qədər o cümlələr qulağımda qalacaq və axirətə qədər məni yandıracaq”, - deyə Esmira Zamanova üzüntüsünü dilə gətirib.

“Cavid çox vətənpərvər bir oğul idi. O, son dəfə evdən gedərkən atasına kiçik bir bayraq verir və söz verir ki, qayıdanda daha böyük bir bayraq gətirəcək. O, bayraqla dönür amma cismi tabutda, ruhu isə göylərdədir”.
Şəhidin atası Əvəz kişi təskinliyi bu sözlərdə tapır:
“Oğlum şəhid oldu, amma ruhu yaşayır. Vətən sağ olsun! O, mənim fəxrimdi”.
Cavid Təhməzov ölümündən sonra göstərdiyi şücaətə görə, Ali Baş Komandanın sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad  olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Cavid ailəli olub. Umud və Cəsur adlı oğul övladı var.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Oktyabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see256

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see246

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see203

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see174

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see170

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see170

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see162

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see151

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see140

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see135

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see132

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see132

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see132

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see132

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see130

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see130

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see127

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see124

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see123

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri