Icma.az
close
up
RU
Şəhidin həyat yoldaşı: Onu hər zaman yanımda hiss edirəm

Şəhidin həyat yoldaşı: Onu hər zaman yanımda hiss edirəm

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ağcabədi, 18 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mahir Cəfərov vətənpərvərliyi, mərdliyi, cəsurluğu ilə seçilirdi. Onun ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Bu amal üçün hərbçi olan Mahir xidmətini ön xəttə aparıb, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci il 44 günlük Vətən müharibəsində iştirak edib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri zamanı Xankəndi şəhəri yaxınlığında şəhidlik zirvəsinə ucalıb.

AZƏRTAC-ın bölgə müxbiri Ağcabədinin Sarvanlar kəndində şəhidin valideynləri ilə görüşüb, onlarla qəhrəman Vətən oğlunun həyatı və şərəfli döyüş yolu haqqında söhbət edib.

Atası Alim kişi deyir ki, Mahir həmişə Vətənin bütövlüyünü düşünürdü, çox vətənpərvər idi: “Bu amal uğrunda yolundan dönmədi. Deyirdi ki, torpaqlarımızı tam azad etməyincə hərbi xidmətdən qayıtmayacağam. 2023-cü il sentyabrın 20-də antiterror əməlliyyatı zamanı Xankəndi yaxınlığında şəhid olub. Oğul nə üçündür? Vətəni qorumaq üçün. Mənim oğlum da Vətən uğrunda şəhid oldu. Şükür Allaha ki, torpaqlarımız azaddır. Şəhidlərimizin hesabına bu gün başımızı dik tuturuq”.

Anası Nuridə xanım Mahirin kəndinə də, ailəsinə də, ata-anasına da bağlı olduğunu bildirir. “On il idi ki, hərbi xidmətdə idi. 44 günlük müharibədə ürəyim rahat idi. Bütün döyüşlərdə iştirak etdi, sağ-salamat da qayıdıb gəldi. Amma bir günlük əməliyyat zamanı çox narahat oldum...”, - deyə şəhid anası sözlərini tamamlaya bilmir, gözləri dolur.

Mahirin həyat yoldaşı Aytəkin Cəfərova ilə söhbət edirəm. O, Mahirdən fəxrlə danışır. Deyir ki, onun kimi həyat yoldaşı olduğu üçün qürur duyur: “Mahir çox vətənpərvər idi. Ailəsini, Vətənini sevən insan olub. Biz 2013-cü ildə ailə həyatı qurmuşuq. Mən ailə həyatı quranda o hərbiçi idi. 44 günlük Vətən müharibəsində mənə dedi ki, biz torpaqlarımızı azad edəcəyik. Çox dualar etdik, sağ-salamat gəldi. Torpaqlarımız azad olunduğu üçün çox sevinirdi. Həmişə deyirdi ki, sizi sevdiyim qədər Vətənimi də sevirəm. Ailəsinə, atasına, anasına çox bağlı idi. Uşaqları da vətənpərvər böyüdürdü, onlara hərbi geyim alırdı”.

Qəhrəman Vətən övladı istərdi ki, övladları vətənpərvər böyüsün, ailəsinə, xalqına layiqli övlad kimi yetişsinlər. İndi Aytəkin Cəfərova Mahirin bu arzusunu yerinə yetirir. “Mahir istəyirdi ki, uşaqları onun yolunu davam etdirsin, Vətəni sevsinlər. Deyirdi ki, şəhid olsam, uşaqları adıma layiq, vətənpərvər böyüt. Mən ona verdiyim sözləri tuturam, onunla qürur duyuram. Fəxr edirəm ki, onun həyat yoldaşıyam. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Şəhidlər ölmür. Onu hər zaman yanımda hiss edirəm”.

Mahir Cəfərov Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri