Icma.az
close
up
RU
Şəhidin həyat yoldaşı: Fəxr edirəm ki, seçilmiş bir insanın xanımıyam

Şəhidin həyat yoldaşı: Fəxr edirəm ki, seçilmiş bir insanın xanımıyam

Azertag saytına istinadən Icma.az xəbər verir.

Həyat yoldaşı şəhid Fariz Həsənova “Sevən qəlbin fəryadı” adlı kitab həsr edib

Bakı, 13 oktyabr, AZƏRTAC

O, bu dünyada cəmi 33 il ömür sürdü. Onun son 8 ilini bir yerdə yaşamışıq. Fariz gözəl ailə başçısı, qayğıkeş ata idi. Onun şəhid olduğunu yuxumda görmüşdüm. İnana bilmirdim. Hətta yuxuda onu da görmüşdüm ki, onun tabutunu həyətə gətiriblər və mən tabutu açanda ayağa qalxaraq deyir ki, mənimlə zarafat edir.

Bu sözləri şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə xanım söyləyib.

O, AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib ki, tale onları çox ağır günlərdə qarşılaşdırıb: “Evin tək övladı idim. Anam, 2 il sonra isə atam vəfat etdi. Doğma adamların itkisindən sonra özümü tək-tənha, köməksiz hiss etdyim vaxt onunla tanış olduq. Farizin dostu mənim rəfiqəmlə evli idi. Dostlarımızın vasitəçiliyi ilə tanış olduq və sonra evləndik. 8 il bir yerdə ailə həyatı yaşadıq. Dünyaya 1 oğlumuz, 1 qızımız gəldi – Ruslan və Sevinc. Fariz şəhidlik zirvəsinə ucalandan sonra onlar məni həyata bağladılar. Düşündüm ki, uşaqlarım üçün güclü olmalıyam. Onun yadigarlarını atalarına layiq şəkildə böyütməliyəm. Mənim bütün ömrüm ona həsr olunub. Hər addımımda, anımda onu yanımda hiss edirəm. Fariz mənə indi də sağlığında olduğu qədər güc, ruh verir. Şəhidin xanımı olaraq fəxr edirəm. Fəxr edirəm ki, seçilmiş bir insanın həyat yoldaşıyam”.

Əzizə xanım Farizin 2016-cı ilin Aprel döyüşlərində də iştirak etdiyini bildirir: “Həmin döyüşlərdə göstərdiyi şücaətə görə fəxri fərman və medallarla təltif olunmuşdu. Döyüş yoldaşları onun cəsur bir insan olduğunu deyirdilər. Fariz həm həyat yoldaşı, həm də ata kimi çox həssas, ürəyiyumşaq insan idi”.

Fariz Şahin oğlu Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Həmin kənddəki 1 nömrəli tam orta məktəbi bitirib. 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına qayıdıb.

2020-ci ilin Vətən müharibəsində döyüşlərdə igidlik göstərib. Oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Doğulduğu Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.

Əzizə Həsənova ötən il Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu ve audit ixtisasını bitirib. “Şəhid xanımı olaraq həm sevincli, həm də kədərliyəm. Məzun olarkən hər kəs sevinir. Kədərli olmağımın səbəbi isə Farizin bu sevincimi görməməsidir. O, ali təhsil almağımı və təhsili övladlarıma aşılamağımı çox istəyirdi. Həm də təəssüf edirəm ki, Fariz övladlarını, övladlarım isə atalarını doyunca görə bilmədilər. Ancaq əlimdən gələni edəcəyəm ki, onlar atasızlığı hiss etməsinlər, həyatda çətinliklə, məhrumiyyətlərlə üzləşməsinlər”.

Əzizə xanım 3 il əvvəl işıq üzü görən “Sevən qəlbin fəryadı” adlı kitabını da həyat yoldaşı Farizə həsr edib. Romanda müharibənin yaratdığı məhrumiyyətlər, eyni zamanda, Qələbədən doğan qürur, vətənpərvərlik ruhunun gənclərə aşılanması, ailə və milli-mənəvi dəyərlər, ən əsası, bir şəhid xanımının bu ağır iztirablara rəğmən ayaqda dura bilməməsinin vacibliyi və mümkünlüyü vurğulanıb.

Müəllif kitab barədə deyir: “Mən sadə, qapalı bir həyat keçirmişəm. Nə vaxtsa kitab yazacağım heç ağlıma da gəlməzdi. Fariz həmişə deyərdi ki, ömrümüzdən keçən gözəl xatirələri yaz saxla, vaxt gələr balalarımız oxuyarlar. Elə bilirəm ki, onunla 8 il yox, 80 il bir yerdə yaşamışam. Onunla bağlı o qədər xatirələr, əhvalatlar var ki… Farzi şəhid olandan sonra dedikləri yadıma düşdü. Fikirləşdim ki, mən onun arzusunu həyata keçirməliyəm. “Sevən qəlbin fəryadı” kitabını yazmaqla onun vəsiyyətini yerinə yetirmiş oldum. Mənim üçün çox qürurvericidir ki, təəssüratlarımı, hiss və duyğularımı, ən əsası, sevgimi həkk etdiyim kitabı oxucularla bölüşdüm. Kaş ki, onun ömür yolunu əks etdirən film də çəkiləydi...”.

Fariz Həsənov tank əleyhinə idarəolunan raketlə döyüşürdü. Döyüş yoldaşlarının bildirdiyinə görə, onun idarə etdiyi raketdən açılan atəşlə nəticəsində çox sayda erməni hərbçiləri məhv edilib. O, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see282

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see243

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see226

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see191

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see139

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see137

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see135

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri