Icma.az
close
up
RU
Şəhidin ruhuna ən çox kim hörmətsizlik etdi? Məlum videoya REPLİKA

Şəhidin ruhuna ən çox kim hörmətsizlik etdi? Məlum videoya REPLİKA

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda şəhidlik anlayışı müqəddəsdir. Torpağımız, bayrağımız, kimliyimiz uğrunda can verənlər xalqın gözündə təkcə qəhrəman deyil, həm də müqəddəs dəyərdir. Onların ailələrinə göstərilən ehtiram, dəstək və diqqət dövlətin və cəmiyyətin vicdan borcudur. Lakin son dövrlərdə bəzi hallarda bu hörmətin istismara çevrildiyini müşahidə edirik. Bu, nə şəhidin ruhuna uyğundur, nə də cəmiyyətin ədalət hissinə.

Sosial şəbəkələrdə yayılan bir görüntü bu məsələni yenidən gündəmə gətirdi: içkili bir şəxs bilmədən şəhidin şəkli qarşısında təhqiredici hərəkət etmək istəyir, lakin məhəllə sakinləri – xüsusilə də gənclər – onu zorla cəzalandırır, şəhidin anasını gətirirlər. Ana isə onu döyür, diz çökdürür, təhqir edir.

Həqiqətənmi, bu ədalətdir?

Bəli, şəhidin xatirəsinə hörmətsizlik qəbuledilməzdir. Amma qanunları, hüquqları, insan ləyaqətini bir kənara qoyub “biz kimisə cəzalandıra bilərik” düşüncəsi çox təhlükəli tendensiyadır. O içkili adam, bəlkə də, nə etdiyini bilmirdi. Qınanmalı və hüquqi yolla cəzalandırılmalı idi. Amma küçə ədaləti, linç mədəniyyəti – bu bizi nə məğlub etdiyimiz düşməndən fərqləndirir, nə də daha ədalətli cəmiyyətə aparır. Əmin olun ki, şəhid övladınız sizin o görüntülərinizi görsəydi, utanardı, xəcalət çəkərdi. 

Şəhid ailələrinin acısı böyükdür, əvəzsizdir. Amma bəzi hallarda bu kədər və ağrı toxunulmazlıq qalxanına çevrilir. “Mən şəhid anasıyam, mənə söz demək olmaz”, “O, qazi olub, ona irad bildirmək günahdır” – bu yanaşma cəmiyyətdə ayrı-seçkilik, qorxu və ədalətsizlik yaradır. Bu, həm də digər şəhid ailələrinə qarşı olan hörməti kölgələyə bilər.

Sürət həddini aşdığına görə yol polisi saxlayır, deyir, mən qaziyəm. Yolda kimləsə sözü çəpləşir, yumruq atır, deyir, qaziyəm, döyüşdə əsəblərim pozulub. Halbuki həmin qazi o vurduğu vətəndaş bu ölkədə rahat gəzsin deyə döyüşüb. Və ya hörmətli şəhid ailələri. Övladınız siz və sizin kimi həmvətənlərimiz bu ölkədə rahat yaşaya bilsin deyə canlarından keçiblər. Xüsusi imtiyazlar, "diplomatik toxunulmazlıq" almaq üçün yox.

Cəmiyyət ədalətlə yaşayar. Qanun, qayda, əxlaq və insan hüquqları hamıya eyni tətbiq olunmalıdır – kimliyindən, keçmişindən, statusundan asılı olmayaraq. Əgər şəhid ailəsi dövlətə və xalqa müqəddəs əmanətdirsə, bu əmanət məsuliyyət tələb edir, üstünlük deyil. Əgər bir qazi savaş meydanında qəhrəman olubsa, bu onun cəmiyyət içində toxunulmazlıqla deyil, nümunəvi davranışla yadda qalmasını tələb edir.

Əgər bu cür istismarlar davam edərsə, sabah hər hansı bir şəxs haqsızlığa məruz qalanda səsini çıxarmaqdan çəkinəcək. Deyəcək, şəhid ailəsidir, heç nə deməyim. Bu isə həm şəhidlərin adına, həm də dövlətin ədalət sisteminə hörmətsizlik olar.

Ən vacibi isə budur: şəhid ailəsinə hörmət – sevgidən gəlməlidir. Əgər biz bu sevgini qorumaq istəyiriksə, istismara yox deməyi bacarmalıyıq. Və cəmiyyət bu cür halları tənqid etməkdən çəkinməməlidir...
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri