Icma.az
close
up
RU
Bir salama dəymədi?! REPLİKA

Bir salama dəymədi?! REPLİKA

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Bir neçə həftə əvvəl planşeti qırmaqla gündəmə gələn Qurban Qurbanov indi də “Sabah”la matçdan sonra çempion olan komandasının üzvlərini təbrik edərkən Bəhlul Mustafazadənin əlini sıxmamaqla müzakirələrə yol açdı.

Əslində bu məsələ ilə bağlı hər şey aydındı. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, baş məşqçi oyundan sonra bəzi klub əməkdaşlarını və futbolçuları təbrik etdiyi üçün növbəti dəfə bunu təkrarlamağa ehtiyac duymayıb. İstənilən halda, buna inanmaqdan başqa çarə yoxdu. Kim əksini sübut edə bilər?! Bir halda ki, futbolçunun atası Ələmdar Mustafayev də hansısa anlaşmazlığın olmadığını bildirir. Yaxşı, bu məqamlara əsaslanıb hansısa problemdən söhbət getmədiyiylə razılaşırıq. Amma hər şey bununla bitmir.
Qurban Qurbanov hadisələrin axarının lentə alındığını və yayınlanacağını bilirdi. Belə qəribə davranışın arxasında nəsə axtarılacağını təxmin etmək çətin deyildi. Daim diqqət mərkəzində olan klubda çalışdığından da agahdı, özünün yetərincə tanınmış mütəxəssis olduğundan da. Bütün bunlara əsasən, duruma daha həssas yanaşa, tarixində 12-ci dəfə, ardıcıl 4-cü dəfə çempion olan kollektivin həmin gün belə mövzuyla yox, məhz uğurlarıyla gündəmdə qalmasını təmin edə bilərdi. Amma etmədi. Bəhlulun performansından, xarakterindən narazı qalmasıyla bağlı iddiaların yayıldığı vaxtda belə davranışa yol verməklə odun üstünə benzin tökdü.
Yəni buna imkan verməmək olmazdı? 4 ildi “köhlən atlar”ın şərifini qoruyan, istər avrokuboklarda, istərsə də premyer-liqa matçlarında qazanılan uğurlarda böyük pay sahibi olan futbolçunun adını belə xoşagəlməz məsələdə hallandırmaq nəyə lazım idi, Qurban bəy?
Bəlkə də mərhum şairimiz Bəxtiyar Vahabzadə bu sözləri boşuna bir-birinə calamayıb:
“Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!”
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri