Icma.az
close
up
RU
Menu

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Yaşar Nurinin qızı dünyasını dəyişib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Futbol bileti olanlar vizanı tez alacaqlar

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

Elşad Əliyev istefa ərizəsi yazdı

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

Şəhidlər xiyabanının müqəddəsliyi pozulmamalıdır RƏYLƏR

Şəhidlər xiyabanının müqəddəsliyi pozulmamalıdır RƏYLƏR

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan cəmiyyəti bir yumruq kimi birləşdi


Əcnəbilərə ölkəmiz və milli dəyərlər öyrədilməlidir


Əcnəbi turistlərin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməsi cəmiyyətimizi növbəti dəfə yumruq kimi birləşdirdi. Azərbaycan insanının milli məsələlərdə, Vətənə, dövlətçiliyə təhlükə yarandıqda necə birləşdiyi, milli təəssübkeşleyinin necə boy göstərdiyi tarixin müxtəlif məqamlarında dəfələrlə özünü büruzə verib. Bu dəfə də Azərbaycan cəmiyyəti şəhidlərin xatirəsinə sayğının milli məsələ olduğunu və bu məsələdə heç bir güzəştə yer olmadığını göstərdi. Fərqli rakurslardan yanaşmalar vardı, amma yekun fikir “şəhidlər toxunulmazdır, şəhidlər baş tacımızdır, onları təhqir edən ən ağır cəza alacaq”, oldu. 

Hələ də mübahisələr davam edir. Hansı ölkədən gəldikləri hələ də açıqlanmayan, sadəcə, müsəlman olduqları ehtimal edildiyi üçün bu hadisə üzərindən milli-irqi ayrı-seçkilik aparılması, ən pisi – islam dininin üzərinə gedilməsi isə məsələnin mahiyyətindən çıxılmasına xidmət edir. Səudiyyə Ərəbistanına başqa bir ölkədən gedən bir şəxs, istər qadın olsun, istər kişi, hər kəsdən ölkənin qayda-qanunlarına tabe olması tələb edilir. Gedib-gələnlər bilir. Eləcə də İran. Başörtüsüz bir qadının İran sərhədini keçməsi qeyri-mümkündür. Razıyıq. Bu kimi şərtlər insan azadlığına qarşıdır, sərbəstliyin qarşısını alır, tolerantlığa heç uyğun gəlmir. Fəqət, bəlli ölkələr var ki, bəlli şərtlər qoyub və buna əməl olunmasını tələb edirlər. Qonağa hörmət olunmalıdır, zatən biz azərbaycanlılar qonaqpərvər xalqıq. Tolerantlığımız da ayrı-seçkilik kimi qeyri-humanistlik mərəzinə tutulmuş ölkələrə, xalqlara bütün dünyaya ən gözəl nümunədir. Amma tolerantlığın, dözümlülüyün də bir həddi olmalıdır. Bu həddi Azərbaycan cəmiyyəti əcnəbi turistlərin Şəhidlər xiyabanındakı ədəbsiz davranışlarına qarşı qoydu: Şəhidlər ölməzdir, şəhidlər toxunulmazdır! Başqa məsələ, turistlərə ölkəmiz, tariximiz, milli dəyərlərimiz haqqında nə dərəcədə məlumat verilməsi, turizm marşrutlarının müəyyənləşməsi, gidlərin (turistləri müşayiət edən turizm şirkətlərinin əməkdaşları) özlərinin bu barədə nə dərəcədə məlumatlı olması və əcnəbilərə bu məlumatları çatdırmaq bacarıqlarının hansı dərəcədə olmasıdır. Ziyalılar cəmiyyətimizin həssas məqamlarda yekdil mövqedən çıxış etməsi barədə də, turizm şirkətlərinin fəaliyyətindən narazılıq məsələsində də həmfikirdirlər.        


Naşir, fəaliyyətini maarifçiliyin yayılmasına həsr edən Şahbaz Xuduoğlu Sherg.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan insanının şəhidlərin ehtiramını bu qədər yüksək tutmasına sevinir. Lakin turizm şirkətlərinin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz: 

- Turistləri gətirən şirkət və onun əməkdaşı ölkəmiz haqqında ətraflı məlumat verməlidirlər. Şəhidlər xiyabanının bu xalqın and yeri olduğunu bildirməlidir. Şəhidlər xiyabanı kimi müqəddəs bir yerdə kimlərinsə təlxəkcəsinə hərəkətlər etməsi hər bir azərbaycanlının qüruruna toxunan haldır. Onların cəzalanması çox  normaldır, belə də olmalıdır. Vətən uğrunda, azadlıq, müstəqillik uğrunda həyatlarını qurban vermiş insanların məzarları ilə alay etmək, onlara şəbədə qoşmaq yolverilməzdir. Bunu, ölkəyə gələn hər kəs bilməli və xalqın müqəddəs bildiyi şəxslərə və məkanlara ehtiram göstərməlidir.    


Azpost.info saytının baş redaktoru Xaqani Səfəroğlu da hesab edir ki, bu məsələ detallı araşdırma tələb edir: 

- Əcnəbi turistlərin Şəhidlər xiyabanındakı nalayiq hərəkətlərinin görüntülərini izlədim. Qəzəb doğuran görüntülərdir. Bu məsələ diqqətlə araşdırılmalıdır.  Diqqətimi bir detal çəkdi: Turistlərin birinin əlindəki telefonda əziz şəhidlərimizin fotoları var. Onlar sanki bu fotolara əsasən hərəkət edirlər. Bu detal yoxlanılmalıdır. Fotolar əcnəbi turistlərin telefonuna necə düşüb? İkincisi, bu turistlər sanki kənardan komanda almış kimi hərəkət edirlər. Ərəb dilini bilənlər varsa, onların xiyabanda nə dediklərini yazsın. Bu da mühüm məsələdir. Turistlərin Şəhidlər xiyabanı kimi mənəvi güc mənbəyi sayılan ərazilərdə gəzdirilməsi üçün xüsusi qrup yaradılmalıdır. Turizm Agentliyi burada böyük məsuliyyət daşıyır. Əcnəbilərə hara gəldikləri, ölkənin və xalqın tarixində fövqəladə rol oynamış hadisələr barədə məlumat verilməlidir. Bu eşşəklər isə layiqli cəzalarını alacaqlar. Amma bu idbarlara görə onların mənsub olduqları bütöv xalqı təhqir etmək olmaz. Qeyd edək ki, nalayiq davranış sərgiləyən turistlər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.  Dövlət Turizm Agentliyi də hadisə ilə bağlı açıqlama yayıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, mütəmadi olaraq keçirilən təlimlərdə turizm şirkətləri və turizm bələdçilərinə Azərbaycana gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında ətraflı informasiya vermək tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Avqust 2025 02:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see200

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see189

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see168

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see151

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see147

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see143

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see141

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see140

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see139

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see138

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see134

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see133

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see132

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see129

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see125

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

17 Noyabr 2025 01:01see122

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see122

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see121

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri