Şəhidlər xiyabanının elektron portalı yaradılır
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəhidlər xiyabanının elektron portalı yaradılır.
Bunu “Yeni Sabah”a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
O bildirib ki, hazırda təşkilatın əlində Şəhdlər xiyabanında dəfn olunan şəhidlərlə bağlı ensklopedik məlumatlar var və hər bir məzarın nömrələnməsinə qədər prosesi icra ediblər: “Lakin layihəni yekunlaşdırmaq üçün resuslar çatmadı. Ona görə də proses hələlik yarımçıq qalıb”.
Umud Rəhimoğlu söyləyib ki, portalın təşkili prosesi tezliklə yekunlaşacaq və ziyarətçilərin ixtiyarına veriləcək.
Məlumata görə, elektron portalda şəhidlərin adı, soyadı, doğum və vəfat tarixi, fotoları toplanacaq. Şəhidin adını sistemə daxil etdikdə bütün bu məlumatlar ekranda görünəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 01 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















