Icma.az
close
up
RU
Şəhidlər xiyabanları haqqında xüsusi qanun qəbul edilsin TƏKLİF

Şəhidlər xiyabanları haqqında xüsusi qanun qəbul edilsin TƏKLİF

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

"Xalqımız Şəhidlər xiyabanını məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı, milli kimliyin pasportu sayır. Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli-mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Komitə sədri bildirib ki, tətil dövründə Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi "Şəhidlər xiyabanları haqqında" xüsusi qanunun qəbulunu zəruri edir.

"Xiyabanların hüquqi statusunun müəyyənləşməsi, Milli Qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial kompleksləri, "milli yaddaş məkanı" statusu daşıyan yerlər haqda yeni hüquqi akt Vətən müharibəsində Qələbəmizin də əbədiləşdirilməsinə töhfə olar. Qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini əhatə edə bilər. Ali Baş Komandan şəhidlərimizə Şuşa kimi müqəddəs yanaşır. Lakin təəssüflər ki, Şəhidlər xiyabanı kimi milli yaddaş məkanlarını da siyasi tribunaya çevirən, onu mitinq meydanına döndərən, hakimiyyət əleyhinə xalqın emosiyalarını və şəhidlərin xatirəsini istismar edən qüvvələr var. Halbuki şəhidlərin siyasi mübarizəyə alət edilməsi təkcə etik deyil, milli təhlükəsizlik məsələsidir.

Qanun bu məkanın toxunulmazlığını təmin etmək, milli həmrəyliyi qorumaq, etik çərçivələri və dəyərlər üzərində vəhdəti gücləndirmək üçün tam zəruridir. Əgər "Şəhidlər xiyabanları haqqında" qanun olsaydı, xalqın ruhən birləşdiyi məkanlar siyasi parçalanmaya alət etməzdi. Qanun xüsusi günlərdə ziyarətləri protokollaşdırmağa, milli-mənəvi yaddaşın canlı saxlamağa da kömək edərdi".

Nicat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri