Icma.az
close
up
RU
Süni intellekt haqqında qanun qəbul edilsin! Azay Quliyevdən TƏKLİF

Süni intellekt haqqında qanun qəbul edilsin! Azay Quliyevdən TƏKLİF

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisdə Süni İntellekt haqqında qanunun qəbul edilməsi təklif edilib.

Modern.az-ın məlumatına görə, bu təkliflə deputat Azay Quliyev çıxış edib.

Onun sözlərinə görə, süni intellektin iqtisadi, sosial, tibb, təhsil və digər sahələrdə gətirdiyi misilsiz üstünlüklər və faydaları, o cümlədən texonoloji yenilikləri ilə yanaşı hər birimiz üçün yaratdığı çoxlu sayda riskləri də var ki, bunları tənzimlək üçün yeni qanunların qəbuluna və qaydaların tətbiqinə ciddi ehtiyac vardır.

"Məsələn, süni intellekt tərbiqləri tərəfindən insanlar haqqında məlumatların, o cümlədən onların irqinin, siyasi baxışlarının, dini və ya fəlsəfi inanclarının, üz tanınma görüntülərinin toplanaraq analiz edilməsi bu məlumatların manipulyasiya edilməsinə şərait yaradır.

Bu gün insanın tibbi müalicə alıb-almamağını, işə qəbul edilməyi və ya mənzil üçün kredit götürməyini süni intellekt sistemləri asanlıqla müəyyən edə bilir. İstifadə olunan alqoritmlər, rəqəmsal dünyada insanların seçimlərini, davranışlarını və hətta emosiyalarını təhlil edərək, şəxsiyyətin özünü belə təhrif edə bilər.

Süni intellektin manipulyasiya edilməsi, məlumatların oğurlanması və ya alqoritmaların yanlış tətbiqi kimi təhdidlər ciddi təhlükələr yaratmaqdadır.

Məhz bu səbəbdən artıq ayrı-ayrı ölkələr süni intellektin etik, təhlükəsiz və şəffaf şəkildə istifadə olunmasını təmin etmək məqsədilə müxtəlif qanunlar və ya xüsusi qaydalar qəbul edirlər.

Təqdirəlayiq haldır ki, bu il yanvarın 16-da cənab Prezident tərəfindən Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib və süni intellekt strategiyası hazırlanmasına başlanılıb.

Azərbaycanda əsasən rəqəmsal transformasiya, məlumat təhlükəsizliyi və innovasiya siyasətini əhatə edən "Elektron imza və elektron sənəd haqqında" Qanun (2004), "Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında" Qanun (2010), "Elektron hökumət haqqında" Fərman (2018), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun (1998), “Fərdi məlumatlar haqqında” Qanun (2010) mövcuddur".

Deputat bildirib ki, bu qanunların bəziləri 1998-ci ildə, bəziləri isə sonrakı illərdə qəbul edildiyindən hazırkı qanunvericiliyimiz hər gün inkişaf edən süni intellekt texnologiyasından qaynaqlanan yeni çağırışlara və ya tələblərə tam cavab vermir.

"Məsələn, "Fərdi Məlumatlar haqqında" Qanunu süni intellektin şəxsi məlumatları necə emal etməsini spesifik olaraq tənzimləmir. Qanunvericlikdə olan bu boşluq şəxsi həyatın toxunulmazlığına təhlükə yarada bilər.

Digər tərəfdən , Süni intellekt sistemlərinin verdiyi səhv qərarlar (məsələn, səhv diaqnoz, yanlış hüquqi qərarlar və s.) nəticəsində zərər çəkmiş şəxslərin hüquqi müdafiə mexanizmlərini hazırkı qanunvericilikdə birmənalı təsbit olunmayıb.

Başqa bir misal, Süni intellekt texnologiyalarından istifadə edərək saxta xəbərlərin və deepfake materiallarının yayılması, ictimai rəyə və seçkilərə təsir göstərilməsinə görə məsuliyyətin qanunvericlikdə əhatəli əks olunmasına ehtiyac var.

Qanunvericiliyimizdə süni intellektin tətbiqi nəticəsində iş yerlərinin azalması və işçilərin hüquqlarının qorunmamasına görə hər hansı hüquqi mexanizm də mövcud deyil. Ona görə də "Əmək Məcəlləsi"nə əlavələr edilərək süni intellektin təsirinə məruz qalan sahələrdə işçilərin yenidən ixtisaslaşmasına dəstək proqramları yaradılmalıdır. İşəgötürənlər üçün süni intellektdən istifadəyə dair etik və hüquqi qaydalar müəyyən edilməlidir.

Bu baxımdan Azərbaycan qanunvericliyində Süni İntellekt tərəfindən yaradılan məzmunun manipulyasiya, aldatma və dezinformasiyaya görə sərt cəzalar, o cümlədən böyük məbləğdə cərimələr və cinayət məsuliyyəti nəzərdə tutulmalı və aşağıdakı məsələlər öz həllini tapnalıdır:

1. Şəxsi məlumatların qorunması gücləndirilməlidir.

2. Süni intellektin səhvlərinə görə məsuliyyət müəyyən edilməlidir.

3. İş yerlərinin qorunması üçün yeni əmək qanunları qəbul edilməlidir.

4. Deepfake və dezinformasiyaya qarşı tədbirlər görülməlidir.

5. Avtomatlaşdırılmış qərarların şəffaflığı təmin olunmalıdır.

Ona görə də "Süni İntellekt haqqında" xüsusi qanununun qəbuluna və mövcud qanunların süni intellektin yaratdığı risklərə qarşı ekspertiza edilməsinə və müvafiq uyğunlaşdırmalara aparılmasına ciddi ehtiyac var. Yaxşı olar ki, Milli Məclisin müvafiq komitə və komissiyaları yaz sessiyası müddətində bu məslələri diqqətdə saxlasın.

Digər tərəfdən Süni intellektin qlobal səviyyədə yaratdığı yeni gərgin mübarizənin yaradacağı təlatümlara da hazır olmalıyıq. Məlum olduğu kimi Trampın ABŞ Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdə süni intellektin inkişafına həsr olunan “Stargate” layihəsinə 500 milyard dolar vəsait ayırdı.

Məqsəd qlobal rəqabəti qazanmaq və Çin üzərində üstünlük əldə edilməsinə nail olmaqdır.

Artıq ekspertlər haqlı olaraq süni intellekt müharibəsinin başlandığını və bu müharibənin soyuq müharibədən daha amansız olacağını söyləyirlər.

Bir çox ölkələr qlobal savaşda özlərini ən azı müdafiə etmək üçün qanunvericliklə yanaşı bir sıra institusional qərarlarda qəbul ediblər. Məsələn Birləşmiş Ərəb Əmirliyində Süni İntellekt Nazirliyi, Avropa İttifaqında Süni İntellekt Ofisi yaradılıbdır.

Əminəm ki, Azərbaycanda hazırlanacaq süni intellekt strategiyasında dünyada tətbiq olunan bütün yeniliklər nəzərə alınacaq və milli maraqlarımıza uyğun addımlar atılacaqdır", - Azay Quliyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri