Icma.az
close
up
RU
“Şəhidlərə və onların ailələrinə hörmətsizlik edən Mehriban Ələkbərzadə vəzifəsindən azad olunmalıdır!”

“Şəhidlərə və onların ailələrinə hörmətsizlik edən Mehriban Ələkbərzadə vəzifəsindən azad olunmalıdır!”

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Son günlər doğma teatrımda baş verən söz-söhbətlərə susmağım laqeyd münasibətimdən irəli gəlmir. Əziz həmkarlarımın müsahibələrinə yazılan şərhlərdə adımın hallanması, “Şəhid atası təhqir olunmuş Məsmə niyə susur?” kimi yazılar, təbii ki, mənə xoş təsir bağışlamır. Bəli, acı da olsa, bu, bir həqiqətdir: Mehriban Xanlarovanın mənim haqqımda paylaşdığı məlumat doğrudur. (“Aaz, 20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!” — Müəllif: Mehriban Ələkbərzadə)”.

Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Məsmə Aslanqızı bildirib.

Aktrisa bir ildir Mehriban Ələkbərzadənin ona etdiklərinə dözdüyünü, lakin artıq tab gətirə bilmədiyini qeyd edib:

“Akademik Milli Dram Teatrında çalışdığım 30 il ərzində heç vaxt heç bir rəhbərliklə ədavətim olmayıb. Qalmaqaldan, söz-söhbətdən hər zaman uzaq durmuşam. İşimə məsuliyyətlə, sevgi və sədaqətlə yanaşmışam. Eyni səhnəni Səyavuş Aslan, Yaşar Nuri, Eldəniz Zeynalov, İlham Əsgərov, Telman Adıgözəlov, Elxan Ağahüseyn oğlu, Safura İbrahimova, Arif Quliyev, Ramiz Novruzov, Ramiz Məlikov, Fuad Poladov, Kamal Xudaverdiyev, Əjdər Həmidov və digər tanınmış sənətkarlarla bölüşmüşəm. Bu illər ərzində həmkarlarım və tamaşaçılarımın hörmətini qazanmışam. Heç vaxt heç kəsin dilindən öz ünvanıma “aaz” deyə bir ifadə eşitməmişəm.

Azərbaycanın milli dəyərlərinə, şəhidlərə və onların ailələrinə bu cür münasibəti qəbul edən bir rəhbərlə eyni teatrda işləmək mənim üçün bir dərd və kədərdir. Bu mənim nəinki şəxsi problemimdir, bu mənim borcumdur! Susmaq cinayətdir! Mən bir şəhid övladı olaraq bu sükutu pozuram. Atamın timsalında 20 Yanvar şəhidlərinə edilən bu hörmətsizlik təkcə mənim deyil, bir millətin heysiyyətinə toxunur!

Ümid edirəm ki, 20 Yanvar şəhidlərinə və onların ailələrinə qarşı hörmətsizlik edən Mehriban Ələkbərzadə vəzifəsindən azad ediləcək. Onun vəzifə başında qalması şəhid ailələrinə təhqirdir.

Vəzifə kürsüsündə əyləşən şəxs ilk növbədə xalqına, onun dəyərlərinə və şəhidlərinə sədaqət nümayiş etdirməlidir. Əgər bir insan bu əziz və toxunulmaz dəyərlərə laqeyd yanaşır, hətta onları alçaldırsa, həmin şəxs nə mənəvi, nə də hüquqi baxımdan ictimai vəzifə daşımağa layiqdir.

Mən bu məsələdə ədalətin bərpa olunacağına, dövlətimizin şəhidlərə və onların ailələrinə hər zaman göstərdiyi diqqət və ehtiramın bu dəfə də özünü göstərəcəyinə qəti şəkildə inanıram.

Unutmamalıyıq ki, şəhidin adına toxunmaq bütöv bir xalqın yaddaşına toxunmaq deməkdir. Bu isə bağışlanmazdır!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see199

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see124

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see120

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see118

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see117

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see116

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see116

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see113

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

05 İyul 2025 20:01see113

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlandı

05 İyul 2025 19:50see112

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see112

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see112

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see111

Xameneidən 25 gündür xəbər YOXDUR

05 İyul 2025 20:27see111

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see111

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see111

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri