Icma.az
close
up
RU
Şəhidlərimiz xaricdə anılıb

Şəhidlərimiz xaricdə anılıb

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Strasburqda yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov sülh və əmin-amanlığı xalqımıza bəxş etmək üçün canlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını bildirib.
Sonda tədbir iştirakçılarına Vətən müharibəsi və şəhidlərimiz haqqında videogörüntülər nümayiş olunub.

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindəki Yunus Əmrə İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş mərasim keçirilib. Azərbaycan və türk icması üzvlərinin iştirak etdikləri tədbirdə əvvəlcə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.
Səfir İrfan Davudov 27 sentyabr tarixinin xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsinin hər zaman yüksək ehtiramla yad ediləcəyini vurğulayıb.
Türkiyənin Malayziyadakı səfiri Emir Salim Yüksel 27 sentyabrın tarixinin qürur günü, Azərbaycanın birlik və toxunulmazlıq rəmzi olduğunu qeyd edərək, 44 günlük Vətən müharibəsindəki Zəfərin bütün türk dünyası üçün tarixi hadisəyə çevrildiyini vurğulayıb.

İsveçin Höteborq şəhərində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı və gənc fəal Məsumə Rüstəmlinin aparıcılığı ilə keçirilən Anım Günü üç hissədən ibarət olub. Birinci hissədə şəhidlərimizin qəhrəmanlıq hekayələri, Vətən uğrunda fədakarlıqları xatırlanıb və onların ruhuna dərin ehtiram ifadə olunub. İkinci hissədə Avropada yaşayan azərbaycanlılar olaraq gələcək nəsillərə milli kimliyin, tariximizin və şəhidlərimizin qəhrəmanlığının necə ötürülməsi müzakirə edilib. Tədbirin üçüncü hissəsi uşaqlara həsr olunub. Onlara Anım Gününün mahiyyəti, “şəhid” və “vətən” anlayışları Ana dili müəllimi Aynur Xudiyeva tərəfindən izah edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri