Şəhidlərimizin xatirəsi “20 Yanvar” meydanında anılıb AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 20-si müasir tariximizin faciəli olmaqla bərabər, həm də qəhrəmanlıq səhifəsidir. Otuz beş il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə SSRİ silahlı qüvvələrinin müxtəlif qoşun növlərindən formalaşdırılan hərbi birləşmələr paytaxt Bakıya yeridildi. Azərbaycanın ərazi bütövlüyünü hədəf seçən erməni separatçılığına və onlara dəstək verən qüvvələrə dinc şəkildə etiraz edən insanlara divan tutan cəza maşını azərbaycanlıların qəlbindəki azadlıq duyğuları öldürə bilmədi.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 35-cü ildönümündə paytaxtın “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Əllərində tər çiçəklər tutmuş insanların baxışlarında qürur, mübarizlik özünü büruzə verirdi.
Yasamal Rayon İcra Hakimiyyəti və qeyri-hökumət təşkilatları tərəfindən abidə önünə əklil və gül dəstələri qoyularaq, şəhidlərin xatirəsi ehtiramla anılıb.
20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən insanların ruhuna bir daha hörmət və ehtiram ifadə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 20 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















