Icma.az
close
up
RU
Şəhidlərimizin xatirəsi İndoneziyada anılıb

Şəhidlərimizin xatirəsi İndoneziyada anılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 26 sentyabr, AZƏRTAC

27 sentyabr - Anım Günü ilə əlaqədar İndoneziyanın paytaxtı Cakartadakı İstiqlal məscidində cümə namazı mərasimi keçirilib.

Azərbaycanın İndoneziyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məscidin imamı mərasimin Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinə həsr oldunğunu, Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi ilə ədalətin bərqərar olduğunu deyib. Bildirib ki, Anım Günü vətən uğrunda canlarını fəda edənlərə görə hüznlə, şəhidlərin qələbəyə və sülhə aparan şücaətinə görə qürurla qeyd olunur.

Şəhidlərimizin ruhuna dualar oxunub.

Namazdan sonra çıxış edən səfir Ramil Rzayev Anım Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb, şəhidlərin xatirəsinin müqəddəs məsciddə yad edilməsinin Azərbaycan və İndoneziya xalqları arasında möhkəm qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu bildirib. O, tədbirin təşkilində dəstəyə görə məscid rəhbərliyinə, dini işlər üzrə nazirə təşəkkür edib.

İndoneziyanın dini işlər üzrə nazir Nasruddin Umar çıxışında 27 sentyabr tarixinin səfirliyin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinə ehsan verməsini təqdir edib.

Sonra səfirlik tərəfindən İstiqlal məscidində 1300-ə yaxın şəxsə ehsan payı verilib.

Məscidin girişində 27 Sentyabr - Anım Günü ilə əlaqədar stend yerləşdirilib. Bundan başqa, səfir R.Rzayev jurnalistlərə müsahibəsində Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsindən, hərbçilərimizin qəhrəmanlığından danışıb, Azərbaycan xalqının şəhidlərin əziz xatirəsini daim yaşadacağını söyləyib.

Qeyd edək ki, İndoneziyanın müstəqilliyinin əbədiləşdirilməsi məqsədilə inşa edilən İstiqlal məscidi Cənub-şərqi Asiyada ən böyük məsciddir. Burada eyni vaxtda təxminən 200 min nəfər ibadət edə bilər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri