Icma.az
close
up
RU
Şəhidlərin əşyaları məzarda yox, muzeydə qorunsun! AKTUAL

Şəhidlərin əşyaları məzarda yox, muzeydə qorunsun! AKTUAL

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Qazi təklif edir ki, bütün rayonlarda Şəhidlər Muzeyi yaradılsın

Şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə yeni təfərrüat məlum olub. Oğurluq etməkdə ittiham olunan Kənan və Vüqar adlı şəxslər dindirilmə zamanı bildiriblər ki, şəhid Fəxri Məmmədovun məzarı üzərində qoyulan gitaranı oğurlayıb 30 manata satıblar. Səyavuş Kəlbalıyevin məzarı üzərindən götürülən hərbi çəkmə və hərbi dəbilqəni isə evlərində gizlədiblər. Qeyd edək ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhid məzarlarından oğurluq edilməsi faktı üzrə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şübhəli şəxslər saxlanılıb. Onların oğurladığı əşyalar isə şəhidlərin ailələrinə qaytarılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyevdir. Hazırda Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.  

Qeyd etməliyik ki, Fəxri Məmmədov şəhid olarkən 20 yaşı vardı. O da həmin bu şübhəli şəxslər kimi gənc idi. Amma taleyin acı istehzası belə olurmuş; kimisi 20 yaşında şəhidlik zirvəsinə ucalır, bir başqası 17 yaşında oğru olur…    

Məzarları talan edilən şəhidlər haqqında qısa məlumat verməyi özümüzə borc bildik. Fəxri Habil oğlu Məmmədov hərbi xidmətin başa çatmasına 3 ay qalmış 44 günlük Vətən müharibəsində şəhidlik məqamına ucalıb. Fəxri Məmmədov 2000-ci il iyulun 27-də Bakıda anadan olub. Ailənin üç övladından, evin tək oğlu, iki bacının tək qardaşı olub. Uşaqlıqdan musiqiyə böyük marağı, həvəsi olub, gitarada ifa edib. Onun gitarada ifası yutub kanalında indi də qalmaqdadır. 2007-2016-cı illərdə Bakı şəhəri Sabunçu rayonu Şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə isə 9-cü sinfi bitirdikdən sonra Peşə Liseyinə daxil olub, kompüter ixtisası üzrə təhsil alıb. 2019-cu ildə hərbi xidmətə yollanıb. Beyləqan istiqamətindəki “N” saylı hərbi hissədə xidmət edib. Əsgərliyinin başa çatmasına 3 ay qalmış - İkinci Vətən müharibəsinin başlaması ilə döyüşlərə, Vətənin müdafiəsinə atılıb. Döyüşlərin ilk günündə, sentyabr ayının 27-də, 20 yaşının tamamından cəmi iki ay sonra da Cəbrayıl rayonunda qəhrəmancasına həlak olub. 

Səyavuş Hümbət oğlu Kəlbalıyev 1987-ci il oktyabr ayının 16-da Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində alıb, 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2009-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Respublikanın müxtəlif bölgələrində hərbçi kimi xidmətini davam etdirib. Cəbrayıl-Beyləqan rayonu üzrə kəşfiyyat idarəsinin rəisi olub. Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ müharibəsində mayor Kəlbalıyev Səyavuş Hümbət oğlu 29 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətindəki döyüşlərdə böyük qəhrəmanlıq göstərərək həlak olub. Ailəli idi, iki övladı yadigar qalıb.

Baş vermiş utancverici bu hadisə yerlərdə Şəhidlər muzeylərinin yaradılması zərurətini gündəmə gətirib. Birinci Qarabağ müharibəsinin qazisi, hərbi jurnalist Rey Kərimoğlu çıxış edərək bildirib ki, hər rayonda Şəhidlər Muzeyi yaradılmalıdır: 

- Hər rayonda şəhid muzeyləri yaradılsın və şəhidlərin bütün əşyaları da bu muzeylərə təhvil verilsin, orada saxlanılsın, qorunsun. Belə olarsa şəhidlərin şəxsi əşyalarının məzarları üzərinə qoyulmasına da ehtiyac qalmaz. Oğurluq da olmaz. Hər rayonda, mərkəzi hissələrdə “Şəhidlər Muzeyi" olmalıdır. Orada həmin rayonun bütün şəhidlərinin ayrıca guşəsi olmalı, əşyaları, orden və medalları da orada qorunub mühafizə edilməlidir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri