Icma.az
close
up
RU
Şəhidlərin əziz xatirəsi Ağdam, Beyləqan rayonlarında və Xocavənd qəsəbəsində də ehtiramla anılıb

Şəhidlərin əziz xatirəsi Ağdam, Beyləqan rayonlarında və Xocavənd qəsəbəsində də ehtiramla anılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ağdam, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi Ağdam rayonunda da ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 Sentyabr- Anım Günü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Quzanlı qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb.

Rayonun girişindəki Şəhidlər Abidə Kompleksində davam edən anım mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına əks cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənə layiqli cavab verərək tarixi ədaləti bərpa etməsindən, 44 günlük Vətən müharibəsində xalqımızın Prezidentin ətrafında sıx birləşərək tarixi Zəfərə imza atmasından, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi 24 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin tərkisilah edilməsindən bəhs edib.

Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksində Birinci Qarabağ Müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış lövhənin önünə gül dəstələri düzüblər.

Anım Günü rayon ərazisində müxtəlif qəbiristanlıqlarda dəfn edilmiş şəhidlərin məzarları da ziyarət olunub. Quzanlı şəhidlərin xatirəsinə inşa edilmiş mərasim evində ehsan süfrəsi açılıb.

Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

X  X  X

Beyləqan rayonunda da şəhidlərin xatirəsi sonsuz ehtiramla yad edilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazilərin, hərbçilərin və yüzlərlə ictimaiyyət nümayəndəsinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan xalqının qəhrəman övladları öz igidliyi, rəşadəti və Vətən sevgisi ilə ölümsüzlüyə qovuşublar. Onların qanı ilə yazılmış qəhrəmanlıq dastanı xalqımızın yaddaşında əbədi yaşayacaq. Hər bir şəhid Azərbaycan xalqının azadlığı, müstəqilliyi və gələcəyi naminə igidlik simvoludur. Bizim müqəddəs borcumuz onların əziz xatirəsini daim yaşatmaq, gələcək nəsillərə ötürməkdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər, bu gün dövlət səviyyəsində qeyd olunan Anım Günü, şəhidlərimizə olan sonsuz hörmətin və xalqımızın birlik iradəsinin təntənəsidir.

Mərasimdə iştirak edən ictimaiyyət nümayəndələri şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə isə şəfa diləyərək, onların qəhrəmanlığının daim qəlblərdə yaşayacağını vurğulayıblar.

X  X  X

Sentyabrın 27-də Beyləqan rayonu inzibati ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər məzarlığında da anım tədbiri keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, veteranlar, İctimai Şura və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, xatirələri bir dəqiqəlik sükutla yad edib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun əzmkarlığı, qəhrəmanlığı və şücaəti nəticəsində 44 gün davam edən müharibə ilə tamamilə son qoyuldu. Müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycan Ordusunun zəfər yürüşü, Qarabağın və Şərqi Zəngəzurun işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.

Tədbirdə digər çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər.

Anım Gününün beşinci ildönümü ilə bağlı 320 ailəlik Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 100 ədəd Eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see201

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see130

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see130

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see120

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri