Səhiyyə naziri körpələr evini ləğv etdi
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 3 tibb müəssisəsi ləğv olunub.
Bakupost.az metbuat.az-a istinadla xəbər verir ki, bu barədə nazir əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib.
Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.
Müəssisələrin kreditorları mövcud borc tələblərini təqdim etməlidirlər. Debitorlar isə borclarını tam şəkildə ödəməlidirlər.
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayevdir.

Səhiyyə naziri: İqlim böhranı səhiyyə böhranıdır AZƏRTAC
18 Noyabr 2024 16:48
Səhiyyə naziri: İqlim böhranı səhiyyə böhranıdır VİDEO AZƏRTAC
18 Noyabr 2024 18:01
Səhiyyə naziri: İqlim böhranı səhiyyə böhranıdır Doğru Xəbərlər
18 Noyabr 2024 17:54
Səhiyyə naziri səs verdi
29 Yanvar 2025 09:47
Səhiyyə naziri əmr imzaladı
24 Aprel 2025 10:06

