Icma.az
close
up
RU
Səhiyyə naziri WhatsApp da şərh yazdı, vəzifədən azad edildi

Səhiyyə naziri WhatsApp da şərh yazdı, vəzifədən azad edildi

Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvin “WhatsApp” qrupunda yazdığı şərhlərə görə vəzifəsindən kənarlaşdırılıb.

AZƏRTAC “Daily Mail”ə istinadla xəbər verir ki, o, antisemit xarakterli ifadələr işlədib və hətta yaşlı bir seçicisi haqqında növbəti seçkiyədək ölməsini arzuladığı barədə zarafat edib.

Sözügedən “WhatsApp” qrupunda Leyboristlər Partiyasının bələdiyyə üzvləri, partiya rəsmiləri və bir başqa deputat iştirak edib. Endryu Qvinin Leyboristlər Partiyasının deputatı Diane Abbot haqqında irqçi, baş nazirin müavini Ancela Reyner haqqında isə müxtəlif ifadələr işlətdiyi iddia olunur.

Hökumət sözçüsü məsələyə münasibət bildirərək deyib ki, Baş nazir Kir Starmer ictimai vəzifədə yüksək davranış standartlarını qorumaqda qətiyyətlidir. O, Endryu Qvinin partiya üzvlüyündən uzaqlaşdırıldığını da təsdiqləyib: “Biz “WhatsApp” qrupunda yazılan şərhləri partiyanın qaydaları və prosedurlarına uyğun olaraq araşdırırıq”,- deyə o, qeyd edib.

seeBaxış sayı:19
embedMənbə:https://azpost.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri