Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Gənclər Evi”nin açılışı olub

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Gənclər Evi”nin açılışı olub

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Səhiyyə Nazirliyinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində yeni inşa olunan “Gənclər Evi”nin açılışı baş tutub. Kollecin ictimaiyyətlə əlaqədar şöbəsindən bildirilib ki, tədbirdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Sədri Sərkan Kayalar, TİKA-nın Orta Asiya və Qafqaz ölkələri üzrə dairə rəhbəri Dr. Əli Özgün Öztürk, TİKA-nın Bakı Ofisinin rəhbəri Xeyrəddin Özçelik, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Gürcüstan Respublikasının Gəncə şəhərindəki baş konsulu Kaxaber Abdaladze və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Qonaqları salamlayan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev son illər Azərbaycanda tibbi təhsilin inkişafından, ölkə başçısı Prezident İlham Əliyevin insanların sağlamlığını qorunması məqsədilə tibb müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqlarla təchizatı, o cümlədən tibbi təhsilin yüksəldilməsi üçün yaradılan münbit şəraitdən danışıb. M.Rzayev vurğulayıb ki, son 7 ildə Gəncə Tibb Kolleci Səhiyyə Nazirliyinin dəstəyi ilə yenidən qurulub, yeni müasir avadanlıqlarla təchiz olunan dərs otaqları, laboratoriyalar yaradılıb. Hazırda kollecdə elmin son inkişaf tempini özündə əks etdirən 10 laboratoriya fəaliyyət göstərir:

“Hazırda kollecimizin tələbələri tam təmirli, bütün lazım olan avadanlıqlarla təchiz olunan kabinetlərdə dərs keçirlər. 81 tibbi elmi kitabı özündə birləşdirən elektron kitabxanamız var. Bu gün açılışını etdiyimiz bu Gənclər evində noutbuklar vasitəsilə yüksək sürətli internetin köməkliyilə gələcəyin orta tibb işçiləri biliklərini artıracaqlar. İstər robot trenajor təlim mərkəzi, istər əcza, kimya - analitik laboratoriyamızda, ortopedik stomatologiya laboratoriyamızda, simulyasiya mərkəzində, laboratoriya diaqnostika və tibbi profilaktika, informasiya texnologiyaları laboratoriyalarında ən müasir avadanlıqlar quraşdırılıb. Bu da təbii ki, yaxın gələcəkdə daha da yüksək ixtisaslı tibb mütəxəssisləri yetişdirməyimizə imkan verəcək. Sevindirici haldır ki, son illərdə tələbələrimizin sayı 1060 nəfərə çatıb, əla qiymətlər alan tələbələrimizin sayı isə 200-dən yuxarıdır. Əvvəllər kollecimizə qəbul balı 100-ə qədər idisə bu il giriş balı 200-dən yuxarı olub. Bu da onu göstərir ki, Gəncə Tibb kollecində təhsilin səviyyəsi il ildən yüksəlir”.

Tədbirdə Gəncə İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Sədri Sərkan Kayalar və digərləri çıxışlar etdilər.

Sonda Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri şerlər və musiqi nömrələri ilə qonaqlar qarşısında çıxışlar etdilər. 

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin ərazisində bünövrəsi 2023-cü ilin noyabrında qoyulan Gənclər evi 500 kvadrat metr ərazini əhatə edir. Müasir havalandırma və isitmə sistemi ilə təchiz edilən binada kompyuterlərin və fibrobtik kabelin köməkliyi ilə tələbələrin yüksək sürətli internetə çıxışı təmin olunub. Gənclər evində həmçinin kollecin müxtəlif dərnəklərinin keyfiyyətli və davamlı fəaliyyəti üçün böyük səhnə quraşdırılıb. Burada müxtəlif musiqi alətləri və peşəkar səsləndirmə sisteminin köməkliyi ilə dərnək üzvləri üçün məşğul olmağa şərait var. Gənclər evinin bütün kompyuterləri Gəncə Tibb Kollecinin mərkəzləşdirilmiş elektron kitabxana bazasına qoşulub ki, bu da həmin bazada elektronlaşdırılmış 81 tibbi tədris vəsaiti yerləşdirilib. Tələbə və müəllimlər öz xüsusi kodlarını yazaraq istənilən dərs vəsaitindən istifadə edə bilirlər. 

Yeni inşa edilən binada tələbələrin normal qidalanmaları üçün bütün lazım olan şərait yaradılıb. Belə ki, binada bütün texniki avadanlıqlarla təchiz edilmiş, sanitar gigiyenik qaydalara cavab verən mətbəxə malikdir. 

Gənclər evində böyük monitor, səs gücləndirici, müasir isitmə və soyutma sistemləri də istifadəyə verilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://missiya.az
archiveBu xəbər 05 Dekabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri