Icma.az
close
up
RU
Gəncə Humanitar Kollecində GƏRGİNLİ

Gəncə Humanitar Kollecində GƏRGİNLİ

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İddialara görə, direktor kollecdə rəhbərliyə başladığı ilk gündən əməkdaşları yerli-yersiz təhdid edir, aylıq yazılan mükafatları kəsir və yalnız ona “xəbərçilik” edənlərə üstünlük tanıyır.

Press-fakt xəbər verir ki, Kollecdəki vəziyyətlə bağlı editor.az-a məlumat verən müəllimlər iddia edir ki, müəllimlərin dərs saatları ədalətsiz şəkildə azaldılır və direktorun istədiyi şəxslərə verilir. Etiraz edən işçilərin isə ya işdən azad edildiyi, ya da vəzifədən aşağı salınaraq sərt töhmət aldığı bildirilir. Üstəlik, direktorun orta ixtisas təhsilli işçiləri işdən çıxarmaqla hədələdiyi halda, üç orta ixtisas təhsilli müəlliməni fənn birləşmə sədri vəzifəsinə təyin etdiyi də qeyd olunur.

Məlumatlara görə, iki nəfər əsassız səbəblərlə işdən çıxarılıb, onlar məhkəməyə müraciət edib və müxtəlif hakimlərin sədrliyi ilə keçirilən proseslərdə qalib gəliblər.

İddialar arasında həmçinin kollecin ərazisində nəhəng ağacın direktorun göstərişi ilə kəsilməsi, xaricdə təhsil alan tələbəyə məzun əmri verilməsi, eləcə də işçinin öz hesabına təmir etdirdiyi otağın əlindən alınaraq açarının götürülməsi də yer alır.

Narazılıqlar arasında diqqətçəkən başqa bir məqam isə direktorun arxasında müəyyən şəxslərin dayandığı barədə deyilənlərdir. İddialara görə, Xoşqədəm Xudiyeva özü dəfələrlə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində çalışan müxtəlif vəzifəli şəxslər tərəfindən dəstəkləndiyini bildirib.

Hazırda kollecdə vəziyyətin gərgin olduğu və əməkdaşların aidiyyəti qurumların məsələyə müdaxiləsini gözlədiyi deyilir.

Məsələ ilə bağlı Editor.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə də sorğu ilə müraciət edib. Qurumdan bildirilib ki, agentliyə daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılır və nəticəsinə uyğun tədbirlər görülür: “Qeyd edilən iddialarla bağlı rəsmi müraciət daxil olduğu halda araşdırma aparılır. Həmçinin oxşar hallarla üzləşən şəxslərin də məsələnin obyektiv həlli üçün rəsmi qaydada müraciət etməsi vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri