Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi Qoşqar Təhməzlinin şirkətinə 114 min ödəyəcək Tenderdə qalib olub

Səhiyyə Nazirliyi Qoşqar Təhməzlinin şirkətinə 114 min ödəyəcək Tenderdə qalib olub

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Səhiyyə Nazirliyi "Medeks" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo-nun məlumatına görə, şirkət nazirliyin laboratoriya avadanlığının və reagentlərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 114 870 manatdır.

Nazirlik bu məbləğə 3 ədəd hematalogi analizator, 3 ədəd sentrifuqa və 39 dəst qan sayım cihazı almağı planlaşdırır.

"Medeks" şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin təsisçisi 2017-ci ildən Qida Təhlküəsizliyi Agentliyinə (AQTA) rəhbərlik edən Qoşqar Təhməzlidir. O, 2008-2016-cı illərdə şirkətin direktoru vəzifəsində çalışıb. Hazırda şirkətə Elşən Yusif oğlu Abbasov rəhbərlik edir. "Medeks" MMC-nin nizamnamə kapitalı 1000 manatdır.

Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşir. Qoşqar Təhməzli də Nərimanov rayonunda qeydiyyatdadır.

"Medeks" şirkətinin fəaliyyət istiqaməti tibbi, kosmetoloji, laborator, spa və sanator-kurort avadanlıqlarının satışı, texniki servisi, eləcə də tibbi sərfiyyat mallarının satışından ibarətdir.

Qoşqar Təhməzli Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin rəhbəri Fərhad Təhməzovun qardaşıdır.

Onun digər qardaşı Atış Təhməzli isə "6-cı mərtəbə" şirkətinin rəhbəridir. Bu şirkət "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işləri ilə bağlı borc qalmaqalı gündəmə gəlmişdi. Həmin vaxt subpodratçı şirkətlər podratçı şirkət olan "6-cı mərtəbə”nin onlara külli miqdarda borcu olduğunu, lakin bu borcun ödənilmədiyini bəyan etmişdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see212

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see192

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see152

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see144

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see140

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see134

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see133

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see132

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see131

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see128

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see125

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see125

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see124

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see120

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri