Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib.
“Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib.
“Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.
Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir”, - açıqlamada qeyd olunub.
Xatırladaq ki, S.Aran səhiyyə nazirinin qəbuluna düşməyin müşkül olduğunu bildirib. O qeyd edib ki, əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar, əsl şikayəti olanlar isə nazirə sözünü deyə bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:290
Bu xəbər 21 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















