Icma.az
close
up
RU
Səhiyyədə güzəşt müddəti bitir: Qiymətlər necə dəyişəcək?

Səhiyyədə güzəşt müddəti bitir: Qiymətlər necə dəyişəcək?

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xatırladaq ki, bu xidmətlərə ƏDV güzəşti 2024-cü il yanvarın 1-dən tətbiq olunub və 3 il müddətinə nəzərdə tutulub. 2027-ci il yanvarın 1-də güzəşt müddəti bitir.

Burada sual doğuran məqam isə güzəşt müddətinin bitməsinin səhiyyə sektorunda xidmətlərin qiymətlərinə təsiri ilə bağlıdır.

İqtisadçı ekspert Rəşad Həsənov Ölkə.az-a açıqlamasında bildirib ki, vergi güzəştlərinin bitməsi tibbi fəaliyyət sahəsində qiymət artımlarını şərtləndirəcək:

“Bu, heç şübhəsiz maliyyənin artmasına gətirib çıxaracaq və dolayısı ilə də sonrakı mərhələdə digər faktorlar fonunda qiymətlərin də artımına səbəb olacaq. Lakin burada qiymətlər nə qədər artacaq sualına birmənalı cavab vermək mümkün deyil. Güzəştin müddətinin aradan qalxması o demək deyil ki, qiymətlər 18% artmalıdır. Çünki burada kifayət qədər təsiredici fərqli faktorlar var. Bazardakı rəqabət şəraitini də nəzərə almaq lazımdır. ƏDV əvəzləşdirilə bilən vergi kateqoriyasına daxildir və müəssisələrarası fəaliyyətlərin şəffaflaşması və yaxud ƏDV ödəyiciləri arasındakı fəaliyyətlərin miqyasından asılı olaraq, müəssisənin üzərinə düşən güzəştin müddətinin bitməsindən qaynaqlanan birbaşa vergi-xərc yükü tamamilə fərqli məbləğdə ola bilər. Güzəştli dövrdə sahibkar ƏDV məbləği ilə bağlı həmin əvəzləşdirməni edə bilmir. Güzəşt müddətinin bitməsindən sonra isə verginin bir hissəsini əvəzləşdirmək imkanından faydalanmaqla artan xərci neytrallaşdıra bilər. Burada eyni zamanda əhalinin alıcılıq gücü məsələsi var ki, bu da qiymətlərə təsir göstərən amillərdən biridir. Aydındır ki, güzəştin bitməsi ilə müəssisələrin xərci artır. Artımın nə qədər olacağını isə bazardakı və müəssisənin fəaliyyətindən qaynaqlanan şərtlər kontekstində dəyərləndirmək lazımdır”. 

Ekspertin fikrincə, qiymətlər artacaqsa, İcbari Tibbi Sığorta Fondu da nisbətən baha qiymətə bu xidmətləri istehlak etmək məcburiyyəti ilə üzləşə bilər:

“Hazırda bu qurum bazarda kifayət qədər ciddi monopol mövqeyə malikdir və əksər hallarda öz qiymətlərini diktə edir. Ona görə də vergi güzəştlərindən qaynaqlanan qiymət artımlarının İcbari Tibbi Sığorta Fondunun xərclərinə və yaxud da aldığı xidmətlərin qiymətinə təsiri nisbətən gecikə bilər. Lakin istənilən halda orta-uzunmüddətli dövrdə bu artımın olması mümkündür”.

İcbari Tibbi Sığorta Fondunun xərclərinin artmasından qaynaqlanan əməkhaqlarına və yaxud da yığımlara tətbiq edilən faiz dərəcələrinin artması ilə əlaqədar məsələyə gəlincə, R.Həsənov deyib ki, bunun üçün müəyyən bir zəmin formalaşa bilər:

“Lakin kifayət qədər fərqli mənbələr hesabına, o cümlədən əmək bazarının leqallaşdırılması, əmək haqlarının rəsmiləşdirilən hissələrinin artması, nominal ifadədə əmək haqlarının artım dinamikası kimi faktorlar da icbari tibbi sığorta fondunun yığımlarının artmasını şərtləndirir. Müvafiq xərc və yaxud qiymət artımı təzyiqləri bu istiqamətdə əldə olunan əlavə mənbələr hesabına neytrallaşdırıla bilər. Lakin proqnozlaşdırma aparmaq çox çətindir, çünki burada tamamilə detallı təhlillərə, diaqnostikaya ehtiyac var. Düşünürəm ki, bu istiqamətdə əməkhaqqı fondu üzərində kifayət qədər fiskal yük, vergi yükü mövcuddur və bunun artırılması indiki şərtlər daxilində arzuolunan deyil. Müvafiq məsələlərin müzakirəsi zamanı problemlərə bu kontekstdən baxılması, onun sosial təsirləri, hətta artan vergi və sığorta yükünün özünün əmək bazarının ağardılması istiqamətindəki təşəbbüslərə neqativ təsirləri də göz önünə gətirilməlidir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə Ölkə.az-a açıqlamasında qeyd edib ki, istənilən güzəştlərin ləğvi qiymət artımı ilə müşahidə olunur:

“Müəyyən ödənişlərdə güzəşt olunursa və o güzəştlər ləğv edilirsə, sonradan o güzəştlərin ləğv olunan hissəsi tibbi xidmətlərinin üzərinə gələcək və onların qiyməti artacaq. Nəticə etibarilə bu, vətəndaşın cibindən çıxacaq. Yəni istənilən halda müxtəlif güzəştlərin ləğvi sonunda qiymət bahalaşması və vətəndaşın daha çox ödəməsi ilə nəticələnir”.

Milli Məclisin deputatı Azər Badamov Ölkə.az-a açıqlamasında qeyd edib ki, tibbi xidmətlər sahəsində tətbiq olunan bu vergi güzəştləri vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılmasına və icbari tibbi sığorta imkanlarından daha geniş istifadəsinə şərait yaradıb:

“Güzəştlərin müddətinin başa çatması isə tibbi xidmətlərin qiymətlərinə təsir göstərə bilər. Bu baxımdan, əhalinin sosial vəziyyəti və tibbi xidmətlərə olan tələbat nəzərə alınaraq, güzəştlərin növbəti il üçün də uzadılması məqsədəuyğun olardı. Bu, həm vətəndaşların əlavə maliyyə yükünün qarşısının alınmasına, həm də tibbi xidmətlərin əlçatanlığının qorunmasına töhfə verə bilər”.

Nəticə olaraq, vergi güzəştlərinin bitməsi tibb müəssisələrinin xərclərini artıraraq zamanla qiymətlərə təsir edə bilər. Güzəşt müddətinin uzadılıb-uzadılmayacağı isə hələlik açıqlanmayıb.

Könül Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Oktyabr 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri