Icma.az
close
up
RU
Şehlə günahını yuyan şair Ağacəfər Həsənli

Şehlə günahını yuyan şair Ağacəfər Həsənli

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şair “Bəy dediyin nəydi, bəyənmədiyin ?” töhmətindən niyə qaçırdı?

72 yaşının tamamında gül yarpağında şehlə günahını yuyan şairdən-Ağacəfər Həsənlinin  poetik dünyasından söz açmaq istəyirəm. Yazın orta ayında doğulduğundanmı, Şərqin orta ehtidal, Aristotelin “Qızıl Orta” nəzəriyyəsinə vurğunluğundanmı, hər şeyi əndazəsində saxlayır Ağacəfər Həsənli. Sözünün çəkisinə qədər! Xarakterindəki ağayanalıq adının, cəddinin təsiridir bəlkə. Lerikin Rvarud kəndində doğulub paytaxt Bakıda  yaşayan bu dağlı oğlan nə illah elədisə  şəhərli olmağı bacarmadı. Xatirələri onu hey dağa tərəf çəkdi. O dağların sükunətini, əzəmətini, buz bulaqların dadını, dağ çəmənlərinin ətrini  paytaxtın hay-küyünə, karyera istəyinə dəyişdiyinə görə peşimanlıq hissini ömrünün 72-sinəcən içində daşıdı.  Günahını şehlə yumaq, o əziz, məsum xatirələrin saflığı ilə təmizlənmək istəyi onu şair etdi: 

Xatirələr geyilmiş paltardı:

Pencəyinin yaxalığı uzun,

şalvarının balağı dar.

Soyunub dəyişmək istəyirəm

hər bahar.

            Hər gələn  baharda, hər yeni yaşını qarşılayanda özü özündən  sorğu-sual edir-nə görmüsən bu həyatda? Bu sorğuların cavabısa   uşaqlıq illərindədir,  buğda xırmanında, o xırmandakı buğdanın unundan bişirilən çörəyin kündəsindədir:

Axı hələ nə görmüşəm

Bu yaşacan, bu günəcən?

Xırmandakı sünbüləcən,

Təndir üstə kündəyəcən.

            Ağacəfər Həsənlinin şeirlərini oxuyanda  ilıq bir yaz nəsimi səni üşüdür. Sən də xəyalən oyerlərə səyahət edirsən, uşaqlıq, yeniyetməlik çağlarına qayıdırsan. Yarpaqların xışıltısı, dağdan enən sürüdəki qoyun quzunun mələrtisi, at kişnəməsi, çoban itlərinin hürüşü, ildırım şaqqıltısı, ana laylası harmonik vəhdətə girərək  vahid Vətən obrazını yaradır. Və elə gözəl yaradır ki, sözlərin arxasındakı mənzərəni tamlığı ilə görür, hiss edirsən. 

Diqqət etsəniz görərsiniz ki, Ağacəfər Həsənlinin ictimai-siyası məzmunlu şeirlərinin özündə belə təbiət təsvirləri ön plandadır. Bilirsiniz niyə? Çünki, Bakının göydələnində belə Ağacəfər Cəfərli leriklidir,  Rvarud ab-havasındadır. O dağların, o yamacların, uşaqlıq illərinin acılı- şirinli xatirələrini əynindən soyuna bilməyib paytaxtda yaşayan dağlı  oğlan:

Dilini dinc qoyan payız susmuşdu, 

atasından-anasından küsmüşdü. 

Ağacın döşünü əmən son yarpaq, 

fəslin son sözütək yerə düşmüşdü. 

Çılpaq, titrək budaqlar

ayrılan gövdədən bərk yapışmışdı.

            Düzü,  Ağacəfər Həsənlinin Bakıda neçənci mərtəbədə yaşadığını bilmirəm. Amma onu bilirəm ki, o göydələndə belə Lerik obrazını yarada bilib. Xəyallarında, düşüncələrində, bəlkə də yuxularında.  

Qoxusundan hiss elə, otların duyumu var, 

Ağacların hamısı torpağın can ağrısı. 

Çuxurlar şimşək izi, zirvələr qurd basmış qar, 

Yarpaqlar budaqların sarı-yaşıl sarğısı.

            Ağacəfər Həsənli şeirlərində  bədii ifadə və təsvir vasitələrindən gen boluna istifadə edib. Amma bacarıqla, ustalıqla. Çünki bu ifadələrin hamısı yerindədir, şeirə ağırlıq yox, lirik, fəlsəfi məzmun, forma gözəlliyi gətirir:

Əngə verib qayaların sükutu,

Yaxşı qızıb buludların çənəsi.

Dolu düşüb, dağda çiçək buketin -

Dodağında məzəmməti, tənəsi...

Bir qanqalın tikanıyla özünə,

Qəsd etmişdi Qız yurdunun nanəsi.

            Şairin  şeir dili olduqca zəngindir, obrazlıdır. “Əvəliklə budağını sarımaq”, “sarısını udmuş yarpaq” ifadələri orijinal olmaqla yanaşı, həm də dildə səslənişi gözəldir, şairin təbiətə vurğunluğunun fərqli, özünəxas ifadəsidir:

Sıx ormanda qar ağaca ildırım bir od vurmuşdu,

Sarıyırdı budağını təzə çıxmış əvəliklə.

Sarısını udmuş yarpaq titrəyirdi, key durmuşdu,

Ovundurmaq istəyirdi könlümü bir “hələliklə”.

            Ağacəfər Həsənlinin poeziyasının özünəməxsusluğu nədədir? Fikrimcə,  milli yaddaşa sadiqlikdə, yurd yerlərinə ruhi bağlılıqda, dilinin sadəliyində. Bu o hisslərdir ki, söz mülkünün sultanı Seyid Məhəmmədhüseyn Şəhriyarı Tehrandan dogma Təbrizə, Şəngülava yurduna gətirdi, Heydərbaba dağı ilə dərd ortağı, söz ortağı etdi. Ağacəfər Həsənli də bu hisslərin “əsarətindədir”.

İlaxır çərşənbədə arxın qırağında durulmaq, 

heç addım atmamış, əldən düşmək, yorulmaq. 

Gözəldir, dünyanın gözündə təzədən qurulmaq!

            “Ötən çağlarının ətrinə dəymə” deyən şairin ürəyi göz yaşında bitəcək bənövşə qədər kövrəkdir:

Bir damcı göz yaşı düşür buluddan, 

bənövşə bitərsə xətrinə dəymə. 

Köhnə xatirələr umma umuddan, 

ötən çağlarımın ətrinə dəymə!

            Şair dağın haqlı tənəsi qarşısında boynunun qıldan  nazik olduğunu bilir:

Uşaq sualları verdim özümə,

gör nələr qalmadı öyrənmədiyim.

Dağ haqq töhmətini vurdu üzümə,

“bəy dediyin nəydi, bəyənmədiyin ?”

            Seyid Məhəmmədhüseyn Şəhriyar Şəngülüva yurdu, Xoşginabın qoşa çinarları, Heydərbaba dağı qarşısında günahlarını onları poemasında əbədiləşdirməklə ödəyir. Ağacəfərin gücü isə günahını gül yarpağındakı şehlə yumağa çatır:

Gül yarpağında şehlə günahımı yuyuram,

yerdə çılğın quş kimi hiss edirəm özümü.

Fəsil fəsli çəkdi, fəsil bitməmiş, 

zəmi göyərməmiş, xəsil itməmiş... 

Ömrün nağd payızı, qışı getməmiş, 

səpdi bəyaz qarı qara saça yol.

            Şair Maarif Soltanın “Dünyanın ən rahat yeri də  səninçün Lerik dağları olub sanki” misraları Ağacəfər Həsənlinin bir insan, bir şair kimi portretini sanki tamamlayır. Dağ, yurd sevgisi içində boy verən şair, səni özəl, poeziyanı oxunaqlı edən də elə milli köklərdən qopa bilməməyindir. Elə belə də qal!Qloballaşma poeziya üçün deyil, dağ adamı, söz adamı…

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri