Icma.az
close
up
RU
Tale Həzi HƏSƏNLİ yazır

Tale Həzi HƏSƏNLİ yazır

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

   Jurnalist həmkarlarımız

 Jurnalist Pənah Rüstəm AZTV-də, “Bakı-Baku”, “Vışka” qəzetlərində, MPA İnformasiya Agentliyində müxtəif vəzifələrdə çalışıb.

Onun haqqında yaxşı insanlar yaxşı söz deməkdən çəkinməz. O, insanlığın qıt olduğu mühitdə öz mənliyini qoruyub saxlayan jurnalistlərdən idi. Hər cür şöhrətdən, qeybətdən, pis niyyətdən uzaq olardı. Pənah öz ürəyinin yükünü insaniyyətdən, səmimiyyətdən, xətir-hörmətdən tutmuşdu.  Sakit təbiəti, üzünün nuru, sabitqədəmliyi ilə seçilirdi Pənah Rüstəm. Xarakterinin saflığına, sözünün bütövlüyünə, təmizliyinə, duruluğuna görə yaddaşımda dərin iz buraxıb. Pənahın təmənnasız bir insan olduğunu sözlə ifadə etmək çətindir. O, həm yaxşı jurnalıst, həm də yaxşı tərcüməçi idi. Hərdən də şeir havasına köklənib yazırdı.

   Fəaliyyəti dövründə işinə məsuliyyətlə yanaşması, ünsiyyətdə olduğu jurnalist həmkarlarının qayğısına qalması  heç vaxt yadımdan çıxmaz. Onu jurnalist kimi fərqləndirən cəhətlərdən biri də hadisələri obyektiv qiymətləndirmək bacarığı, özünün prinsipial mövqeyinin olması və hər işə məsuliyyətlə yanaşması idi.

Çoxdan bir-birimizdən xəbərsiz idik. Uzun fasilədən sonra sosial şəbəkələrdən sorağımı alıb, köhnə dostunu yada salıb, ismarıc yazmışdı. İtirilmiş əlaqələrimiz yenidən bərpa olunmuşdu. Vaxt olduqca, bayramdan-bayrama yazışırdıq, danışırdıq. Hər dəfə deyirdi ki, şeirlərindən göndər, tərcümə edim. Mən də şeirlərimi göndərəcəyimə söz versəm də, vaxtı uzadırdım. Bilirdim ki, səhhətində problemləri var. Ona görə də əziyyət vermək istəmirdim.

   ...Son bir ildə telefon əlaqələrimiz də olmurdu. Bu günlərdə rəhmətə getdiyini eşidəndə çox kədərləndim. Dəfinində  iştirak edə bilmədiyimə görə, çox məyus oldum. Pənah Rüstəm 69 yaşında dünyasını dəyişdi. O, dünyanın pak, yaxşı, fədakar insanlarından biri kimi özündən sonra xoş xatirələr qoyub getdi.

...Pənahı gənclik illərindən- “Azərbaycan” nəşriyyatına gedib gəldiyim illərdən tanıyırdım.Mən,ovaxtittifaq tabeçiliyində olan, respublikamızın sənaye nəhəngi sayılan “Şelflayihəistikinti” İB-nin orqanı (İndiki Bakı Dərin Özüllər Zavodu)“Xəzər”- “Kaspi” (azərbaycan və rus diliərində nəşr olunurdu) çoxtirajlı qəzetin redaktoru idim. Pənah isə respublika mətbuatında çalışırdı. O, “Bakı”- “Baku” və “Vışka” qəzetlərində işlədiyi dövrlərdə bizim qəzetdə dərc olunan məqalələrin aktuallığını nəzərə alıb adıçəkilən qəzetlərdə də işıq üzünə çıxarırdı. O zamanlar bu, qəbul olunmuş qayda idi. Çoxtirajlı qəzetlərdə gedən yazılardan respublika qəzetlərində seçmələr verilirdi.

  Üzləşdiyi məhrumiyyətlərə, maneələrə baxmayaraq, Pənah ömrünün sonunadək öz yolu ilə getdi. O, insanlar içində insan araya-araya köçdü bu dünyadan... Bilmirəm, ömrünün sonuna yaxın nələr yazıb, yazdıqlarından işıq üzünə çıxarmadığı nələr qalıb. Amma öz qeydlərində yazırdı: “...Dənizin möcüzəli “terapiyası” əzizdir. Qısa müddətdə toparlanıb, əvvəlki rejimə qayıtdım, sifarişləri vaxtında çatdırdım. Sanki yeni ruh- qüvvə gəldi, ən çətin yazılara “girişdim”, heç nədən çəkinmədim - geri durmadım. Əksinə, əvvəlkindən çox material yazdım, maraqlı layihələrə qol qoydum. Hətta, bir çox mahnılara mətn yazdım. Poetik tərcümələrə başladım, müasir şairlərin şerlərini ruscaya çevirdim. Bədxahların “proqnozlarını” pozdum. Bəli, xəstəliyə boyun əymədim. Və bu gün qalib kimi yoluma davam edirəm.”

O, təklənəndə dənizlə həmsöbət olurdu. Yaz günəşinin hərarəti ilə hələ tam isinməmiş dənizlə isti ürəklə danışırdı:“Birdən buludlar dağılır və günəş bizi salamlayır. Qışda nadir olan belə günləri xoşlayıram. Sanki yazın gəlişini “hazırlayan” məqamları deyirəm. Şaxtalı havada qaralmış göyün açılması, günəşin buludlar arasından “yol tapıb” çıxması və “göz vuraraq” parlaması təbiətin möcüzəsi deyilmi?”

 Özünün dediyinə görə, ömrünün sonuna qədər ailə qurmadı, tək yaşadı. Evlənməməyinin səbəbini bilmirdim. Amma onu bilirdim ki, üzü gülsə də, içində təsəllisiz kədərlə yaşadığı hiss olunurdu. Bilmirəm, bəlkə də ürəyində heç kimin bilmədiyi nakam məhəbbəti varmış. Bəlkə ona görə, sirrini dənizə danışardı:”Həmişə çətin anlarda sirrimi dənizlə bölüşür, təskinlik tapardım. Başımın üstünü qəfil alan xəstəlik planları alt - üst etdi. Amma sonda qalib özüm oldum. Böhrandan rəbbimin himayəsi, gücü və iradəm hesabına çıxdım.”

Taledən, Tanrıdan bircə diləyi vardı Pənahın. O da sağlam ömür sürmək. Belə diləkdə bulunur insanlar başdan-binadan.Tanrı onu yaxşı adam kimi öz pənahında saxlayırdı. Amma neyləyəsən ki, belədir dünyanın işi:

“Sevinc də görmüşük, qəm də yemişik,

Axırı məzardı, əvvəli beşik...”

Özünün də qeyd etdiyi kimi, gücü doğma dalğaların səsindən alırdı. Həm də bunu Xəzərə yazdığı sətirlərlə dilə gətirirdi:

Xəyal fikir dünyamı

beşik kimi yırğalar,

yorğun - vurğun,

qəlbə uyğun dalğalar...

  Onun bir çox şeirlərinə bəstələnmiş sevilən mahnılar var. Bir neçə şeirinə də  görkəmli bəstəkarımız Eldar Mansurov mahnı yazıb. Nə bilmək olar, bəlkə də Pənah yazdığı mahnı mətnlərində öz taleyi ilə dərdləşirdi. Sözləri Pənah Rüstəmə, bəstəsi Eldar Mansurova məxsus olan “Tale” mahnısı kimi. Ruhu şad olsun...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri