Icma.az
close
up
RU
Səhnədən əbədiyyətə: 2025 ci ildə vidalaşdığımız məşhurlar FOTOLAR

Səhnədən əbədiyyətə: 2025 ci ildə vidalaşdığımız məşhurlar FOTOLAR

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az il ərzində vəfat edən sənət adamlarının siyahısını təqdim edir:
● 05.01.25 ━ Aktyor Azər Baxşəliyev ilin ilk ayında dünyasını dəyişib. 39 yaşlı sənətçi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Azər Nigar adlı xanımla ailəli olub, Züleyxa adında bir qız övladı var.

● 15.01.25 ━ Aktrisa Çimnaz Sultanova bu ilin yanvar ayında vəfat edib. Sənətçi uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və bunu ictimaiyyətdən gizli saxlayıb.

● 12.03.25 ━ SSRİ Xalq artisti, balet ustası Tamilla Şirəliyeva 78 yaşında dünyasını dəyişib. O, uzun illər Azərbaycan balet sənətində fəaliyyət göstərib və bu sahənin inkişafına töhfələr verib.

● 28.04.25 ━ Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bu ilin aprelində 66 yaşında vəfat edib. Aktyor əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirib və səhhəti daha da ağırlaşıb.

● 27.06.25 ━ Lənkəranın ‘Nənələr’ folklor qrupunun üzvlərindən olan Xanımbacı Quliyeva 89 yaşında vəfat edib.

● 06.07.25 ━ Tanınmış bəstəkar və Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu bu ilin iyulunda dünyasını dəyişib. O, Türkiyədə istirahət edərkən qəfil səhhəti pisləşib və xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ruslan Əhmədoğlu bir çox mahnıların müəllifi kimi yadda qalıb və mədəniyyət sahəsində fəaliyyət göstərib.

● 08.07.25 ━ Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Həsən Kür (Həsən Zeynallı) beyin qanaması səbəbindən xəstəxanada dünyasını dəyişib. 1996 təvəllüdlü Həsən Vətən müharibəsinin iştirakçısı olub.

● 17.07.25 ━ Əməkdar incəsənət xadimi, professor və fleytaçı Telman Hacıyev 88 yaşında vəfat edib. O, uzun illər musiqi sahəsində pedaqoji və ifaçı fəaliyyəti ilə tanınıb.

● 19.07.25 ━ Tanınmış aktyor Əlvan Fərmanoğlu 63 yaşında dünyasını dəyişib. O, uzun müddət səhhətindəki problemlərdən əziyyət çəkirdi. Şəkərli diabet və digər yanaşı xəstəliklər səbəbindən aktyorun sağ ayağı ötən il amputasiya olunmuşdu.

● 01.08.25 ━ Xalq artisti, tanınmış xanəndə Arif Babayev bu il 87 yaşında vəfat edib. O, uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib.

● 03.08.25 ━ Görkəmli yazıçı, dramaturq və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Elçin Əfəndiyev bu il dünyasını dəyişən sənət adamları sırasında yer alıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan ədib 82 yaşında vəfat edib.

● 16.08.25 ━ Yazıçı Vidadi Babanlı bu ilin avqustunda 98 yaşında dünyasını dəyişib.

● 19.08.25 ━ Şair Məmməd İsmayıl ürək çatışmazlığı səbəbindən 85 yaşında həyatını itirib.

● 23.08.25 ━ Rejissor, ssenarist və kinooperator, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov 87 yaşında dünyasını dəyişib.

● 13.09.25 ━ Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov bu ilin sentyabrında Almaniyada dünyasını dəyişib.

● 20.09.25 ━ Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, AzTV-nin sabiq sədri Məmməd Murad bu ilin sentyabr ayında vəfat edib. O, uzun illər televiziya və kino sahəsində fəaliyyət göstərib.

● 29.09.25 ━ Əməkdar artist Cabir İmanov bu ilin sentyabrında dünyasını dəyişib. Sənətkar idman zalında olarkən səhhəti qəfil pisləşib və infarkt keçirib. 49 yaşlı sənərkarın dörd övladı yadigar qalıb.

● 03.10.25 ━ Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev bu ilin oktyabr ayında 76 yaşında vəfat edib.

● 09.10.25 ━ Xalq artisti Əminə Yusifqızı ömrünün 89-cu baharında vəfat edib. Sənətkar uzun illər səhnə fəaliyyəti ilə Azərbaycan mədəniyyətinə töhfələr verib.

● 15.10.25 ━ Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev bu il vəfat edən sənət adamları arasında yer alıb. O, 78 yaşında dünyasını dəyişib.

● 16.10.25 ━ Əməkdar artist Rəşad Bəxtiyarov 46 yaşında vəfat edib. Aktyor uzun müddətdir onkoloji xəstəliklə mübarizə aparırdı

● 21.10.25 ━ Əməkdar mədəniyyət işçisi, tarzən Fərhad Paşayev vəfat edib. O, uzun illər Ağdamda fəaliyyət göstərən “Şur” ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib.

● 06.11.25 ━ Əməkdar artist Vahid Əliyev bu ilin noyabrında 73 yaşında vəfat edib. Aktyor son zamanlarda səhhətində problemlər yaranmışdı.

● 18.11.25 ━ Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov 67 yaşında dünyasını dəyişib. Sənətkar uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

● 19.11.25 ━ Xalq artisti, rəqqasə Roza Cəlilova 96 yaşında vəfat edib.

● 22.11.25 ━ Şair, qəzəlxan Arif Buzovnalı 53 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

● 22.11.25 ━ Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının qurbanlarından olub. 1977-ci il təvəllüdlü Könül yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.

● 15.12.25 ━ Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov ömrünün 84-cü ilində vəfat edib.

● 15.12.25 ━ Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü şair Qurban Həmidoğlu 78 yaşında vəfat edib.

AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:396
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Dekabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri