Icma.az
close
up
RU
Səhnəmizin və kinomuzun Leylası

Səhnəmizin və kinomuzun Leylası

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən əsrin 20-ci illərində Bakının İçərişəhərində Leyla adlı gözəl bir qız böyüyürdü. Anası Bikə xanım tez-tez onu da özü ilə Əli Bayramov klubundakı qadınlar dərnəyinə aparırdı. Leylanın elə o vaxtlardan incəsənətə marağı yaranmağa başlamışdı.
Bir gün “Qız qalası əfsanəsi” adlı səssiz filmə baxan Leyla heyrətə gələrək, özünü köhnə Bakının küçələrində çəkilmiş kadrlardakı Gülnar kimi təsəvvür elədi. Onun iztirablarını yaşadı. Sonralar da hər dəfə evlərinin yaxınlığındakı Qız qalasının yanından keçəndə Leyla sanki aktrisa Sofiya Jozeffi kimi, bəlalı Gülnara dönürdü. Gülnar özünü Qız qalasından dənizə atıb əfsanəyə dönmüşdü, Leyla isə İçərişəhərin qala divarları arasından dünyaya çıxaraq, tanınmış teatr və kino aktrisası oldu.
Söhbət milli səhnə və ekranımızın parlaq ulduzu, unudulmaz Xalq artisti Leyla Bədirbəylidən gedir. 16 yaşına çatanda filarmoniyada solist kimi işə götürülən cazibədar görkəmli gənc Leyla istedadlı rəqqasə olub. “Toy” və “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün səhnələşdirilib. Filarmoniyada çalışdığı illərdə ilk dəfə Qəmər Salamzadənin “Dəcəl dəstə” filmində rol alıb. Sonra “Ayna” və “Beş dəqiqəlik konsert” filmlərinə çəkilib. 1941-ci ildə Leyla xanımı Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər və düz 33 il orada çalışıb. İlk tamaşası Rəsul Rzanın “Vəfa”sı olub. Sonra Mirzə İbrahimovun “Məhəbbət” pyesində Zəhra, Uilyam Şekspirin “Otello”sunda Dezdemona, İslam Səfərlinin “Göz həkimi”ndə Nərminə, Cəfər Cabbarlının “Od gəlini”ndə Solmaz, Lev Tolstoyun “Canlı meyit”ində Liza obrazlarını özünəməxsus ustalıqla yaradıb.   
Onun filmoqrafiyası xüsusilə zəngindir. İlk olaraq, Üzeyir Hacıbəylinin və Rza Təhmasibin dəvəti ilə “Arşın mal alan” filmində Gülçöhrə roluna öz möhürünü vurub. Ardınca daha 41 filmdə yaddaqalan rolları ifa edib.
İstedadlı aktrisanın şərəfləndirdiyi filmlərdən “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Mən ki gözəl deyildim”, “Dəli Kür”, “Sevil”, “Dərviş Parisi partladır”, “Qanlı zəmi”, “Kişi sözü” və digərlərini göstərmək olar. 
Leyla Bədirbəylinin cazibədar görkəmi çoxlarını heyran edib. Səməd Vurğun “Allı-güllü Leylam” şeirində onu vəsf edib. 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti günlərində keçmiş SSRİ-nin rəhbəri İosif Stalin Leyla xanımı “Qafqaz gözəli”, “Azərbaycan gözəli” adlandırıb və bununla o, daha da şöhrətlənib.
Düz 62 il sənətdə fədailik edən, sevimli Xalq artistimiz “Mahnı dağlarda qaldı” tamaşasındakı Fəxrəndə xanım roluna görə Azərbaycanın Dövlət mükafatına və “Arşın mal alan” filmindəki Gülçöhrə roluna görə Stalin mükafatına layiq görülüb. 1999-cu ildə – ömrünün son aylarında “İstiqlal” ordeni ilə təltif edilib. Sələflərinin ənənələrini uğurla davam etdirmiş, Azərbaycan mədəniyyəti salnaməsinə parlaq  səhifələr yazmış Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 29 dekabr 2019-cu ildə Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

Ə.DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri