Icma.az
close
up
RU
Milli səhnəmizin rejissor yazıçısı

Milli səhnəmizin rejissor yazıçısı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ağalar İdrisoğlu – 75

Mən onu əvvəllər incəsənət adamı kimi tanıyırdım. Sonradan isə bildim ki, həm də istedadlı yazıçı-publisistdir. Teatr fədaisi, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu Mehdiyev çoxsaylı kitabları ilə də oxucu rəğbətini qazanıb.

O, 1950-ci il mart ayının 16-da Masallı rayonunun Digah kəndində dünyaya göz açıb. Yeniyetmə vaxtından müxbirlik edən, bədii yaradıcılıqla məşğul olan kənd uşağının incəsənətə verə biləcəyi böyük töhfələr hələ qarşıda idi. İlk vaxtlar Masallı Rayon Mədəniyyət Evində Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniatür Teatrında istedadını göstərdi, sonra Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdi və təyinatla aktyor kimi Şəki Dövlət Dram Teatrına göndərildi. 1976-cı ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət aldı. Orada püxtələşən gənc sənətçi ardınca Moskvada Anatoli Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində də təhsil alaraq nəzəri biliklərini daha da təkmilləşdirdi. Beləcə, pillə-pillə ucaldı.

Ağalar İdrisoğlu 26 il teatrda rəhbər vəzifələrdə işləyib. Sumqayıt Gənclər Xalq Teatrında, Ağdam Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan–Dağıstan Beynəlmiləl Teatr Truppasında baş rejissor, bədii rəhbər və direktor kimi məhsuldar fəaliyyət göstərib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, İdarə Heyətinin üzvü və Sumqayıt bölgə şöbəsinin sədri vəzifələrində çalışıb. İstər aktyor kimi, istər rejissor və yaxud ssenarist kimi yeni-yeni uğurlara imza atıb. Saya gəlməyən (1500-dən çox) məqalələrin, müsahibələrin, publisist yazıların, esselərin, elegiyaların, pritçaların, oşerklərin, resenziyaların, elmi, tarixi məqalələrin müəllifidir. 16 pyesi, 20-dən artıq teatrlaşdırılmış tamaşanın ssenarisi, 6 romanı, 12 povesti, 150-dən artıq hekayəsi rəğbətlə qarşılanıb. Onun çap etdirdiyi 21 kitabı bu gün də oxucular tərəfindən maraqla oxunur.

Ömrünun 60 ilini bədii yaradıcılığa, jurnalistikaya, 50 ilini peşəkar teatr sənətinə həsr edən Ağalar İdrisoğlu səhnədə yaratdığı 40-dan artıq obrazı və quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının 10 pyesinin dilimizə tərcüməsi və sair ədəbiyyat, jurnalistika, incəsənət və mədəniyyət xəzinəmizinin sərvətini artırıb. Ötən ilin sonlarında Qazax Dövlət Dram Teatrında yenidən uğurla səhnəyə qoyulan “İnan mənə” pyesi hələ 1985-ci ildə Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsində qalib olmuşdu. Onun 10-dan artıq topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərləri yer alıb. Quruluş verdiyi “Yanmış evin nağılı” (Akif Həsənoğlu) tamaşası Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan Ağalar İdrisoğlunun çəkdiyi zəhmətlər hədər getməyib. Həmişə istedadlı adamlara diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyev onun xidmətlərini “Əməkdar İncəsənət xadimi” fəxri adı ilə mükafatlandırıb.

Ömrünün 75-ci baharını yaşayan Ağalar İdrisoğlunun müdrikliyi keçdiyi mənalı ömür yolunun örnəklərini, yaradıcılıq enerjisini gənclərə ötürə bilməsindədir. Yazıçı-dramaturq, publisist, aktyor, rejissor olan yubilyar bu gün də yorulmaq bilmədən yeniliklərə imza atır, tükənməz enerjisini mədəniyyət və incəsənətimizin inkişafına bacarıqla yönəldir. Daim teatr sənətinə, ədəbiyyata, jurnalistikaya töhfələr vermək istəyir. Onun çap ərəfəsində olan “Milli rejissor sənətimiz, onun problemləri, yaddan çıxan rejissorlar, teatr direktorları və aktyorları”, “Sərhədsiz dünyamız”, “Teatr sənətinin aşiqi” adlı kitablarının da bu yöndə ən layiqli nümunələrdən olacağına şübhəmiz yoxdur. Eləcə də hekayələrindən və povestlərindən ibarət 5 cildliyinin, dünya dahilərinin müdrik kəlamlarından ibarət “Sözdən yaranan incilər” toplusunun da tezliklə işıq üzü görəcəyinə və zehnimizi, düşüncələrimizi işığa qərq edəcəyinə əminik.

Biz hər dövrün əsl tarixini təkcə salnaməçilərdən deyil, həm də ədəbiyyat adamlarından, onların bədii əsərlərindən, teatr xadimlərinin səhnələşdirdikləri tamaşalardan öyrənirik. Bax, Ağalar İdrisoğlu da ürəyinin hökmü ilə, çəkinmədən, məddahlıq etmədən bu günün tarixini özünün bədii əsərləri və quruluş verdiyi tamaşalarla təqdim edən yazıçı və rejissordur.

Mən fəxr edirəm ki, onunla bir şəhərdə – gənclik ruhu ilə seçilən Sumqayıtda yaşayıram. Tez-tez görüşüb söhbət edir, zəngin bilgilərindən bəhrələnirəm. Səsində bəlkə də teatrdan gələn bir pafos hiss olunsa da, əslində, çox sadə və səmimi insandır. Kərpic-kərpic yaradıcılıq divarları hörərək qayğı ilə ucaldan, mənəviyyatca saf olan Ağalar İdrisoğlunun yubileyini təbrik edir, ömür yolunun daha da uzun və işıqlı olmasını arzulayıram!

Rəna TƏBƏSSÜM,
AYB-nin və AJB-nin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Mart 2025 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri