Icma.az
close
up
RU
Şəhriyar Əliyev: Zirə son dönəmlərin ən ideal formada olan komandasıdır

Şəhriyar Əliyev: Zirə son dönəmlərin ən ideal formada olan komandasıdır

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev apasport.az saytına müsahibə verib.

- Bir müddətdir ki, zədəli olduğun üçün oynamırdın."Zirə" ilə görüşdə meydanda olacaqsan?
- Düzü, hələ ki tam məşqlərə başlamamışam. Hələ fitnesdə məşqlər edirəm. Heç meydançaya çıxmamışam. Çox güman ki, "Zirə" ilə görüşdə meydanda olmayacam. Bu görüşdən sonra komandaya qoşulmağım sual altındadır. Bəlkə də topla məşqlərə başlayacam, amma inanmıram ki, "Zirə" ilə görüşdən sonra komandaya qoşulum. 

- "Turan Tovuz" son turda "Şamaxı" ilə qarşılaşdı və qələbə qazanmağı bacardı. Matç sizin üçün necə alındı? Şamaxıdakı görüşü istədiyiniz səviyyədə keçirdiz?
- Şamaxı səfəri hər zaman ağır keçir. Çempionatın ilk dövrəsində də orada bərabərə qalmışdıq, evdə də çətin qələbə qazanmışdıq. Son turda səfərdə onları məğlub etdik. Həqiqətən də çox vacib qələbə idi. Ağır oyun alındı. Çətin şərtlər altında oynadıq. Belə havada futbolçularımız xarakter göstərdi, qalib gəldik. Əsas nəticə idi, onu da əldə etdik.

- Oyunda VAR-ın olmaması, sizdə hansısa gərginlik yaradırdı? Matçdan öncə baş verənlər (oxu) futbolçulara təsir etmişdi?
- Düzdür, matçdan əvvəl VAR-ın olmaması açıqlanmışdı. VAR olanda elədir ki, səhv qərar olanda, müdaxilə olur. Amma VAR-ın olmadığını bildirdilər. Bilirsiz, istənilən halda, oyuna çıxanda hər şeyi unudub oyuna kökləndik, qələbəni fikirləşdik.

- "Turan Tovuz” hazırda 42 xalla 4-cü pillədə qərarlaşıb. “Araz-Naxçıvan” və “Zirə”dən cəmi 3 xal geridədir.  Yəqin ki, indiki durumdan razısız və əhval-ruhiyyəniz yaxşıdır?
- Turnir cədvəlində bizdən üç xal öndə olan rəqiblə oynayacağıq. Evdə oynayırıq. Ağır oyun olacağı dəqiqdir. Çalışacağıq ki, yaxşı oynayaq, yaxşı nəticə qazanaq. Rəqiblərlə xalları bərabərləşdirmək istəyirik. "Zirə" də son dönəmlərdə çempionatın bəlkə də ən ideal formada olan komandasıdır. Ağır olacaq. Rəqibi düzgün analiz edəcəyik ki, qələbə qazanaq.

- Əsas rəqibləriniz "Zirə" və "Araz-Naxçıvan" bu həftə kubok görüşünə çıxacaq. Çətin mübarizə ərəfəsində kubokda yer almamağınızı özünüz üçün üstünlük hesab edirsən? 
- Kubokda "Sabah"a penaltilər seriyasında uduzmuşduq. İstəyərdik ki, kubokda da mübarizəyə davam edək. Alınmadı. İndi əsas məqsədimiz çempionat oyunlarına köklənmək, maksimum xal yığmaqdır. Çünki çempionatda 4-cü yeri tutsan da, avrokuboklara yollanmaya bilərsən. Ona görə də, maksimum dərəcədə üst pillələrdə qərarlaşmaq niyyətindəyik. Premyer Liqada sona qədər mübarizə aparacağıq.

- Ölkə çempionatında "Zirə"ni qəbul edəcəksiniz. Onlar sizdən qabaq kubokda cavab görüşünə çıxacaq. Səncə, "Zirə"ni evdə necə məğlub edəcəksiz?
- İlk dövrədə evdə "Zirə"ni udmuşduq. Amma həmin görüşdə də onlar çox yaxşı çıxış etmişdi. Bu dəqiqə liqada ən ideal formada olan komanda "Zirə"dir. Nəticələri də, oynadıqları oyun da göz qabağındadır. Ağır oyuna çıxacağıq. Həmin oyuna yaxşı hazırlaşırıq. Ən yaxşı nəticəni qazanmaq niyyətindəyik.

Ermənistanın futbol klubuna qaçan "Neftçili" -"Mənim üçün çoxdan ölüb" Region Liqasında yeni mövsümün keçiriləcəyi tarix açıqlanıb Vaqif Cavadov 2-ci məktubu da açdı – İndi növbə sənindi haa... "Zirə"nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib Birinci Liqa: "Qəbələ" "Karvan"a, "Mingəçevir" "Difai"yə qarşı - YENİLƏNİR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri