Icma.az
close
up
RU
Şəhriyar Əsgərov: “Neftçi”nin finala çıxa bilməməsi bir qədər təəssüf doğurur”

Şəhriyar Əsgərov: “Neftçi”nin finala çıxa bilməməsi bir qədər təəssüf doğurur”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mövsüm bir qədər gərgin keçdi”.

Bu sözləri “Quba” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Mütəxəssis komandasının cari mövsümdə Azərbaycan Basketbol Liqasında çıxışını dəyərləndirib.

“Ümumilikdə götürsək, ötənilki mövsümlə müqayisədə komandalar daha keyfiyyətli oyun nümayiş etdirməyə başlamışdılar. A qrupunda ilk iki yerin sahibi əvvəlcədən məlum idi — “Sabah” və “Abşeron Lions”. Digər klublardan “Gəncə” və “Neftçi” daha üstün görünürdü. Sonuncu yerlərdə qərarlaşan NTD və “Şəki” isə demək olar ki, mövsüm boyu qələbə qazana bilməsələr də, B qrupundakı bəzi komandalardan daha güclü olduqlarını göstərirdilər. Bu da pley-in mərhələsində özünü göstərdi.

Rəhbərlik etdiyim “Quba” komandası isə bir sıra uğursuzluqlarla üzləşdi. Mövsümün ortasında hücumçu oyunçumuz komandadan ayrıldı və biz legionerlərlə mübarizə aparmağa məcbur qaldıq. Müntəzəm mövsümün son oyununda “Naxçıvan”a 1 xal fərqi ilə məğlub olmağımız bizi geri saldı. Əks halda, pley-ində məhz həmin rəqiblə qarşılaşacaqdıq.

“Şəki”yə qarşı oyunda isə demək olar ki, heç bir şansımız yox idi. Onlar yeddi legionerlə çıxış edirdilər, bizdə isə cəmi dörd legioner var idi.

Pley-off mərhələsinə gəldikdə, düşünürəm ki, komandalar layiqli oyun nümayiş etdirdilər. Amma “Ordu”dan daha yaxşı performans gözləyirdim — ən azından yarımfinala yüksəlmələrini istərdim. Düşünürəm ki, növbəti mövsümdə daha yaxşı çıxış edəcəklər”, - deyə o, offsideplus.az-a açıqlamasında söyləyib.

Əsgərov finalda “Sabah” komandasının favorit olduğunu vurğulayıb:

“Hesab edirəm ki, layiqli komandalar bu mərhələyə yüksəldi. Bununla belə, məncə, “Neftçi”nin də şansı var idi. “Abşeron Lions”la oyunda komanda zədə problemi yaşamasaydı, seriyanı üçüncü oyuna qədər uzada bilərdi. Bu qarşılaşma digər yarımfinaldan daha gərgin keçdi. “Neftçi”nin finala çıxa bilməməsi bir qədər təəssüf doğurur, çünki komanda yaxşı heyətə malikdir.

Digər tərəfdən, finalda layiqli komandalar qarşılaşacaq. Mən üstün tərəf kimi “Sabah”ı görürəm. Amma “Abşeron Lions” da xüsusilə Frezerlə birlikdə nələrsə edə bilər. Bir sözlə, “Sabah” favorit görünsə də, Erhan Tokerin komandasının da deyəcək sözü var. Ümid edirəm ki, final seriyasında beş oyun izləyə biləcəyik”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final seriyasında ilk qarşılaşmada "Sabah" bu axşam "Abşeron Lions"u qəbul edəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matç Bakı İdman Sarayında baş tutacaq. 3 qələbəyə ilk çatan komanda 2025/26 mövsümünün çempionu olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Aprel 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri