Icma.az
close
up
RU
Şəhriyar Əsgərov: “Qələbəmiz çətin olmadı”

Şəhriyar Əsgərov: “Qələbəmiz çətin olmadı”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Quba” basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov “Lənkəran”a qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, “Quba”nın çalışdırıcısı 86:68 hesablı qələbədən sonra klubun mətbuat xidmətinə açıqlamasında oyunun əvvəlcədən proqnozlaşdırılan ssenari üzrə keçdiyini bildirib.

“Bu oyunun proqnozunu əvvəldən demək olardı. Çünki “Lənkəran” böhran yaşayır. Komanda tam heyətlə çıxış etmirdi. Ümid edirəm ki, onlar yaxın zamanda bu vəziyyəti arxada qoyacaqlar”, - deyə vurğulayıb.

Mütəxəssis oyunun nisbətən rahat keçməsinin heyət baxımından da üstünlük yaratdığını vurğulayıb:

“Buna görə də oyun bizim üçün asan alındı. Müsbət tərəfi o oldu ki, bütün oyunçulardan istifadə edə bildik. Hüseyn Məmmədov, Ayxan Aslanov və Ülvi Məmmədov oyuna daxil olub özlərini göstərdilər”.

Şəhriyar Əsgərov rəqibin mübarizəsini də xüsusi qeyd edib:

“Çox da çətin olmayan qələbə qazandıq. Rəqibi təbrik edirəm. Heyətlərində çətinlik olmasına baxmayaraq, sona qədər güclü müqavimət göstərdilər. Ümid edirəm ki, uğurlarımızın davamı gələcək və qələbələr seriya halını alacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Yanvar 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see450

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see342

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see307

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see303

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see296

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see265

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see255

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see255

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see246

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see242

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see241

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see222

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see216

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see214

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see194

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see192

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see190

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see185

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see184

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri