Icma.az
close
up
RU
Səhv düşəndə yerimiz... Digər zolaqlara girən avtobus sürücülərini hansı cəza gözləyir? AÇIQLAMA

Səhv düşəndə yerimiz... Digər zolaqlara girən avtobus sürücülərini hansı cəza gözləyir? AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Paytaxt ərazisində avtobus zolaqları olsa da, zaman-zaman bəzi müvafiq ictimai nəqliyyat vasitələrinin bu zolaqdan istifadə etmədiyinin, digər avtomobillərin istifadə etdiyi yola girdiyinin şahidi oluruq.  Bu da istər-istəməz avtomobil sürücülərində də müəyyən narahatlıqlar yaradır. 

Bu məsələ necə tənzimlənməlidir? Avtobus zolağından istifadə etməyən nəqliyyat vasitələrinə qarşı hansısa tədbirlərin görülməsinə ehtiyac varmı?

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, hər hansı bir şəxsin yol hərəkəti qaydalarına laqeyd yanaşması, onun digər yol hərəkəti iştirakçılarının gediş-gəlişinə problem yaratması yolverilməzdir.

Müsahibimiz bildirib ki, avtobus zolaqları ictimai nəqliyyatın səmərəli və təhlükəsiz hərəkətini təmin etmək üçün yaradılıb:

“Əgər bəzi avtobuslar bu zolaqlardan istifadə etməyib digər yollara keçirsə və bu, hərəkət iştirakçılarına maneə yaradırsa, bu, qayda pozuntusu hesab olunur. İstər qanuni, istərsə də vətəndaş mövqeyi tərəfindən bu, yaxşı hal kimi qəbul edilmir. Belə hal cəmiyyətdə də müəyyən diskusiyalara səbəb olur. Çünki avtobuslarla bağlı kifayət qədər irihəcmli layihələr işlənilib, böyük vəsaitlər ayrılıb. Hər bir ictimai nəqliyyat vasitələrinin hərəkəti üçün geniş imkanlar yaradılıb. Bu gün hər hansı bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşması ona başucalığı gətirmir”.

Ekspert hər kəsin qaydalara əməl etməli olduğunu vurğulayıb:

“Bu cür sürücülərin atdığı addım, ümumi olaraq bu qədər çəkilən zəhmətləri bir növ aşağılayır. Ona görə də belə hallar yolverilməzdir. Digər tərəfdən, belə hallar üçün cərimələr nəzərdə tutulmayıb. Amma həmin sürücünün vəsiqəsinə 40 manat yazılmaqla, yol hərəkəti iştirakçılarının ümumi qayda pozuntusu konteksində cərimələnə bilər. Buna baxmayaraq dediyim kimi, zolaqdan çıxmaqla bağlı cərimə yoxdur”.

Günay Rəsulqızı


 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri