Səhv yolla getməyin acısı Azər Bağırovdan sonra Kəpəz də yaşananlar
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yoxlama matçında "Şamaxı"dan 6 qol görən "Kəpəz" azarkeşlərinin bağırtısı sosail şəbəkə sərhədlərinin bir ucundan o biri ucuna qədər eşidilir. Gəncə klubunun yeni rəhbərliyi hələ ki bu təpkini bütün əzəmətiylə hiss eləmir. Premyer Liqa başlayanda məğlubiyyətlər sıralansa, həmin vaxt necə səhv yolla getdiklərininin fərqinə varacaqlar.
İdarəçilikdə yaxşı keyfiyyətlərdən biri də, sənə qədər qurulan, effekt verən sistemi qoruyub saxlamaq, pozmamaqdır. "Kəpəz"də ötən mövsüm bu baxımdan yaxşı işlər görülmüşdü. Azər Bağırov yaxşı futbolçulardan yığılmış, özünəxas oyun tərzi olan komanda formalaşdırmışdı. Yaxşı idarəçilər heyətə 4-5 səviyyəli futbolçu cəlb etməklə ərsəyə daha iddialı "Kəpəz" çıxaracaqdılar.
Lakin yersiz intriqalar hər şeyi alt-üst etdi. Belə görünür ki, bu "Kəpəz" ötən mövsümkündən daha zəif, heç bir iddiası olmayan kollektiv kimi çıxış edəcək. İndi şükür edirlər ki, Premyer Liqaya "İmişli", "Karvan" kimi yarımhəvəskar klublar gəlib. Heç olmasa onları qabaqlayıb Premyer Liqada qala bilərlər.
Yoxlama oyunlarda nəticə önəmli deyil. Lakin bu məsələyə haradan baxsan, "Şamaxı"dan 6 qol buraxmağa məntiqli cavab tapmaq olmur. Hələ o da var ki, "Şamaxı" özü də Premyer Liqada yerini qorumaq üçün mübarizə aparacaq.
"Kəpəz"in başının üstündən qara buludlar çəkilmək bilmir. Neçə ildir pulun yoxluğu bir dərd idisə, pul gəldi, başqa dərd gətirdi özüylə.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















