“Kəpəz” onu da buraxmaq istəmir Azər Bağırovdan qərar
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Kəpəz"in növbəti mövsüm üçün komandada saxlamaq istədiyi daha bir futbolçu müəyyənləşib. Sport24.az-ın Gəncə təmsilçisindəki mənbədən əldə etdiyi məlumata görə, baş məşqçi Azər Bağırov 2026/2027 mövsümündə də Olavale Onanuqanı sərəncamında görmək istəyir və bu arzusunu artıq klub rəhbərliyinə çatdırıb.
2025-ci ilin yayında yenidən "Kəpəz"ə qayıdan 28 yaşlı yarımmüdafiəçi cari mövsümdə "sarı-göylər"in əsas fiqurlarından birinə çevrilib. Nigeriyalı futbolçu Misli Premyer Liqasında 22 matçda (1 qol) meydana çıxıb, Bizon Azərbaycan Kubokunda isə 2 oyunda iştirak edib.
Onanuqa daha əvvəl – 2023/2024 mövsümündə də Gəncə klubunun uğurları üçün mübarizə aparıb. Onun mövcud müqaviləsi bu yay başa çatır.
Məlumata görə, Azər Bağırov müqavilələri başa çatan Ryonosuke Ohori və Dioqo Verdaskanı da komandada saxlamaq niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 31 Mart 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















