Icma.az
close
up
RU
Səidə Bəkirqızının hədəfə alınmasının pərdəarxası: səbəb bu imiş Detallar

Səidə Bəkirqızının hədəfə alınmasının pərdəarxası: səbəb bu imiş Detallar

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Jurnalist Səidə Bəkirqızının məcburi köçkünlərlə bağlı çıxışı və Mediatürk TV-dən ayrılması ətrafında müzakirələr davam edir. Aparıcının fikirləri ictimaiyyət tərəfindən artıq təhqir kimi qiymətləndirilir.

Sitat: “Oğullarımız şəhid olmadılar ki, siz sahibləndiyiniz evlərdə oturub “Qarabağda nə işim var, 30 ildir oradan çıxmışam” deyəsiniz. Əgər qayıtmayacaqdınızsa, niyə camaatın balaları torpaq altındadır? Müharibə 5 il əvvəl bitib, bəs niyə analar hələ də ah-nalə edir? Bilirəm, zülmlə qaçmısınız, hər şeyinizi orada qoymusunuz. Ancaq bu ağrıdan istifadə edib belə ifadələr işlətməyin. Ən kasıb məcburi köçkünün iki yerdə evi var. Əgər kimininsə evi yoxdursa, gəlsin, desin “mənim evim yoxdur”.

Qeyd edək ki, aparıcı ötən gün canlı yayımda işdən ayrılma səbəbinə də aydınlıq gətirib. Səidə Bəkirqızı bildirib ki, müzakirə yaradan çıxışını avqustun 27-də səsləndirib, işdən ayrılma qərarı avqustun 5-də yazdığı ərizə ilə rəsmiləşib. Sosial şəbəkələrdə isə məsələ ətrafında müxtəlif iddialar dolaşır. Bildirilir ki, əvvəlcə provokativ tezislər ortaya atılır, sonra bu müzakirəyə sıravi insanlar da qoşulur və proses böyüyür.

Bu, gizli qruplar tərəfindən idarə olunan prosesdir? Niyə məhz Səidə Bəkirqızı tənqid obyektinə çevrildi?

Globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, burada xüsusi təxribat və ya provokasiya yoxdur:

“Çünki söhbətin başlanğıcı hamıya məlumdur. Belə ki, mənzil sahibi evindən çıxmaq istəməyən məcburi köçkünün səs yazısını sosial şəbəkələrdə yaydı. Bu da təbii olaraq cəmiyyətdə narazılıq yaratdı və insanlar müxtəlif reaksiyalar verdilər. Həmin vaxt mən də fikrimi bildirdim. Eyni qaydada Səidə xanım və digər jurnalistlərin də mövqe ortaya qoyması normaldır. Burada yalnız bir tərəfi deyil, həm də digərlərini qınayanlar oldu”.

Tural Abbaslı

Partiya sədri qeyd edib ki, bunu hansısa gizli qrupların təşkil etdiyi təxribat kimi qiymətləndirmək doğru deyil:

“Sadəcə kiminsə fikri cəmiyyətdə daha çox diqqət çəkə, əks-səda doğura bilər. Səidə Bəkirqızının yanaşmasına da normal yanaşıram. İnsanların şəxsi əmlakını zəbt edəndən sonra sahibinə pul müqabilində geri qaytarmaq düzgün deyil. Ona görə də bu məsələni xüsusi qarşıdurma yaratmaq istəyən qrupların işi yox, sadəcə hadisələrin təsadüfən üst-üstə düşməsi kimi qəbul edirəm”.

Sosioloq Lalə Mehralı isə bildirib ki, insanlar bəzən bir məsələni müzakirə və ya tənqid edərkən, hətta sərt ifadələr işlətdikdə, hadisənin detallarını dinləmədən hərəkət edirlər:

Lalə Mehralı

“Bu, həm xanım jurnalistin məlum məsələsində, həm də bundan əvvəlki oxşar situasiyalarda müşahidə edilib. Haqlı və haqsız reaksiyalar olub. Lakin bəzən Səidə Bəkirqızının yaşadığı olaydakı kimi insanlar baş verənləri tam anlamadan əks kampaniyaya qoşulurlar. Bildiyim qədərilə həmkarım həmin fikirləri bütün qaçqın və məcburi köçkünlərə deyil, konkret olaraq başqasının mülkiyyətindən çıxmaq üçün pul tələb edən bir ailəyə aid etmişdi. Buna görə də müzakirələrdə aparıcının nəyi vurğulamaq istədiyini, hansı kontekstdə danışdığını nəzərə almaq vacibdir. Ümumiyyətlə, sanki cəmiyyətdə idarə olunmamış aqressiya dolaşır və nə vaxt, kimə yönələcəyi bəlli olmur. Bu da qəzəbi idarə edə bilməmək və başqasına kin saxlamaq kimi problemlərin mövcudluğunu göstərir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri