Səidə Bəkirqızının yeni iş yeri bəlli oldu FOTO
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış jurnalist Səidə Bəkirqızının yeni iş yeri məlum olub.
Ölkə.Az xəbər verir ki, bu yaxınlarda “Space” televiziyasındakı işindən ayrılan aparıcı artıq fəaliyyətini yutub kanalında davam etdirir.
O, “Bax da” adlı yutub kanalının əsas simasına çevrilib.
Belə ki, kanalın yutub koverində də aparıcının tək fotosu yerləşdirilib.
Onu da əlavə edək ki, “Bax da” yutub kanalı aktyor Nofəl Şahlaroğlunun çıxışları ilə məşhurlaşıb. Daha sonra yutub kanalı formatını dəyişərək xəbərə üstünlük verməyə başlayıb.
Qeyd edək ki, ötən il Səidə Bəkirqızı “Mediatürk” TV-nin baş redaktoru vəzifəsindən azad edilib. Buna səbəb isə məcburi köçkünlərlə bağlı işlətdiyi sərt ifadələr olub.
O, daha sonra fəaliyyətini “Space” televiziyasında davam etdirib. Ötən ilin sentyabrında aparıcı kanalın efirində "Xəbərin izində" proqramının yayımı zamanı "Media haqqında" Qanunun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozub. Buna görə teleknalaım yayımının 6 saatlıq dayandırılmasına qərar verilib.
Bundan dərhal sonra aparıcı televiziya fəaliyyətini tamamilə dayandırmaq barədə qərar verdiyini açıqlayıb.
Daha sonra buradakı işinə davam edən aparıcı ötən ilin dekabrında “Space” TV ilə yollarını ayırıb. O bildirib ki, buna səbəb 1 yanvar tarixindən etibarən onun proqramının dayandırılacağı, əvəzində isə fərqli məzmunda yeni bir proqram hazırlanacağı barədə rəhbərliyin göstərişi olub.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 08 Yanvar 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















