Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Şeirlərim məni köləlikdən, ölümdən xilas etdi

Şeirlərim məni köləlikdən, ölümdən xilas etdi

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həmsöhbətimin - Rusiyada yaşayan azərbaycanlı şair, nasir, nağılçı Eldar Əhədovun zəngin, maraqlı tərcümeyi-halı var. 1960-cı il iyulun 19-da Bakıda anadan olub. 1983-cü ildə Leninqrad Dağ-mədən İnstitutunu bitirib. 1986-cı ildən Krasnoyarskda yaşayır. E.Əhədov yaradıcılıq fəaliyyəti ilə yanaşı, ixtisası üzrə də işləyir. 10 il ərzində (2000-2010) Krasnoyarsk Diyar Xalq Yaradıcılığı Dövlət Mərkəzi Ədəbiyyat Birliyinin və korlar və zəif görənlər üçün "Bılina" ədəbiyyat studiyasına rəhbərlik edib. Sibir Yazıçıları Assosiasiyasının Krasnoyarsk Diyar Yazıçılar Təşkilatının, Rusiya Ədəbiyyat Fondunun, Rusiya Yazıçılar İttifaqı Krasnoyarsk regional bölməsinin, Rusiya Markşeyderlər İttifaqının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Poeziya və nəsrin müxtəlif janrlarında yazılmış 30-dan çox kitabın müəllifidir. 2012-ci ildə E.Əhədovun beşcildlik seçilmiş əsərləri işıq üzü görüb. İki kitabı ABŞ-də, bir çox əsərləri isə Bolqarıstan, İsrail, Almaniya, Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycanda nəşr edilib. O, milli-regional komponent üzrə "Krasnoyarsk diyarına səyahət" adlı unikal məktəb vəsaitinin həmmüəllifidir.

- Yaradıcılıq yolunda ilk addımlarınız və bu sahədəki təcrübələriniz barədə ilk növbədə nələri bölüşmək istərdiniz?

- Mənim yaradıcılıq qolum 2 may 1968-ci ildən başlayıb. O zaman yeddi yaşım vardı. Bir mayda atam və bacılarımla birlikdə "mayovkaya" getmişdik. Orada çox gözəl hərbi nəfəs alətləri orkestri ifa edirdi. Bakı o gün çox möhtəşəm idi: dəniz, səma, gözəl hava, günəş. Hamısı sanki bir-birini tamamlayırdı. Orkestrin ifa etdiyi musiqi də çox gözəl idi. Həmin paradda bütün bunlardan o qədər təsirlənmişdim ki, sanki ruhumda kəpənəklər uçuşurdu. Mən evə qayıtdım və nə isə yazmaq istədiyimi hiss etdim. Evimizdə təmir gedirdi, hər şey ortalıqda qarışıq idi. Divar kağızları, yapışqan, rənglər... Evin bir tərəfində yanakı mətbəx bufeti dayanmışdı. Mən də o yana-bu yana var-gəl edir, nə yazacağımı və hara yazacağımı düşünürdüm. Birdən gözüm bufetin yanında karandaşa sataşdı. Ehtimal ki, ustalar unudub getmişdi. Mən ilk misralarımı həmin bufetin arxasına yazdım: "Toçka-toçka, oqureçik, poluçilsə çeloveçek!". Bu, mənim ilk misralarım oldu. Anam həmin bufeti 25 il saxladı, deyirdi ki, bu, mənim oğlumun ilk yaradıcılıq nümunəsidir. Mən hər şeylə çox maraqlanırdım. Uşaq vaxtı "Pioner evi"nə (indiki Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı) gedirdim. Orada astronomiya dərnəyinə qoşulmuşdum. Teleskop yığmağı sevirdim, ulduzlara baxmağı sevirdim. Ümumiyyətlə göy cisimləri, göy hadisələri mənə çox maraqlı gəlirdi. Bir dəfə yayda Şamaxıya - Pirquluya getmişdik. Orada ulduzları izləməyi çox sevirdim. Mənim taleyim də ulduzlarla bağlı oldu. Necə? Bir dəfə düşündüm ki, əgər yerə baxsan, onun o biri tərəfində də ulduzların olduğunu görəcəksən, çünki Yer kürəsi dairəvidir. Deməli, o biri üzündə də ulduzlar var. Baxın, əgər Yer kürəsi şəffaf olsa, bu daha aydın görünərdi.

- Həm şairsiniz, həm də yazıçı. Hansı janrda yazanda özünüzü daha yaxşı hiss edirsiniz?

- Heç bilmirəm. Mən özümü hər ikisində çox yaxşı hiss edirəm. Mənim prozam poetikdir, poeziyam isə prozaikdir. Hər iki janr mənim üçün çox əzizdir. Amma proza olaraq, mən nağıllar da yazıram. Yaradıcılığımın üçdə biri nağıllardır. Bu nağıllar yalnız uşaqlar üçün deyil, həm də böyüklər üçündür. Eyni mətni çoxmənalı yazıram, buna görə də nağıllarım hər yaşa uyğun olur. Hərə öz yaşına, öz dünyagörüşünə və anlamasına görə həmin nağılları dərk edir. Yəni yaş dəyişdikcə eyni oxucu eyni nağılı başqa cür dərk edə, anlaya bilər. Ümumiyyətlə, bu işi çox sevirəm.

- Çox məşhur bir şeiriniz var - "Molitva o tebe" ("Sənin üçün dua"). Sizcə, o şeirin uğur qazanmasının səbəbi nədir?

- Bu şeir, bu dua onu necə oxusan, başqasına həsr olunur. Sanki sən duanı düşündüyün insan üçün oxuyursan. Bu duada hər şey var - bir insanın özü üçün arzu edə biləcəyi hər şey. Baxın, nə gözəldir, mən bir insan üçün, bir insan digər insan üçün, digər insan bir başqa insan üçün, bir başqa insan da mənim üçün dua edir bu şeiri oxumaqla. Mənə elə gəlir ki, insan özü-özü üçün yox, başqaları üçün dua etməlidir. Bu şeirin əsas məğzi də elə ondadır. Bəlkə də, çox yayılmağının səbəbi budur elə. Hələ bəziləri plagiat da etdilər. Mənim misralarımı utanmadan öz adlarına çıxartdılar. Hətta bir qadın yazmışdı ki, bu şeiri siz yazmamısız, bunu sizin vasitənizlə Allah yazıb.

- Azərbaycan ədəbiyyatından hansı müəllifləri oxuyursunuz?

- Anar, Çingiz Abdullayev, Tofiq Məlikli və başqaları.

- Teatr haqqında nə düşünürsünüz? Son dəfə hansı tamaşanı izləmisiniz?

- Kukla teatrında "Leyli və Məcnun" tamaşasını izləmişdim. Kuklalar oynayır, musiqi səslənirdi, çox gözəl idi hər şey. O qədər xoşuma gəlmişdi ki! Rusiyada isə bu yaxınlarda Opera və Balet teatrında "Yevgeni Onegin"i izlədim. Onu da çox bəyəndim. İllah da ki, səhnənin yuxarısında "qaçan sətirlər"lə oxunan mahnının sözlərini yazılmasını. Bilirsiniz, adətən operaya gedəndə, musiqidən, oyundan zövq alırdım, amma nə oxuduğunu başa düşə bilmirdim deyə tam zövq ala bilmirdim. Amma bu dəfə mən tam harmoniya altında operanı dinləyə, duya, görə bildim.

- Şuşada Cıdır düzünə ayaqyalın qalxmısınız...

- 2020-ci ildəki 44 günlük Vətən müharibəsində biz zəfər çaldıq. 8 Noyabr bizim müqəddəs, uca Zəfər Günümüzdür. Biz bununla çox qürur duyuruq. Həmin il Zəfərdən sonra - noyabrın 20-də Krasnoyarskda idim və məni küçədə polis tutdu. Maşına atıb bölməyə gətirdilər. Orada bildim ki, məni tutan polis serjantı erməni Karen Canayandır! O məni təhqir etdi, bir cinayətkar kimi barmaq izlərimi götürdü, fotolarımı çəkdi və daha sonra işgəncə verməyə başladı. Üstümdə olan sənədlərdə adımın, soyadımın, milliyyətimin yazılmağına baxmayaraq, məndən "rus olduğumu" deməyimi tələb edirdi, amma mən azərbaycanlı olduğumu deyirdim. Bu, onu daha da əsəbiləşdirir, özündən çıxarırdı. Mənə o qədər işgəncə verdi ki, oradan çıxandan sonra gəzə bilmədim. Ayağımın barmaqları amputasiya olundu. Məndə şəkərli diabet olduğundan əməliyyat narkozsuz keçdi və mən amputasiya vaxtı barmaqlarımın necə kəsildiyini belə eşidirdim...

Keçən il 9-11 sentyabrda burada xaricdə yaşayan azərbaycanlı alimlərimizin forumu keçirilirdi. Sentyabrın 11-də bizi Şuşaya ziyarətə apardılar. İki avtobusda Şuşaya yollandıq. Bütün Şuşanı gəzəndən sonra Cıdır düzünə qalxdıq. Barmaqlarıma görə gəzəndə çətinlik çəkirdim. Və yola baxıb düşündüm ki, çəkməylə o yolu qalxa bilməyəcəm. Ona görə də, çəkmələrimi çıxartdım, corablarımı soyundum və Cıdır düzünə ayaqyalın qalxdım. Ora çatanda təzim etdim, ayaqlarıma dedim ki, baxın siz bu torpağa görə xəsarət almısınız.

- Həyatda çox sınaqlara çəkilmisiniz? Heç olubmu ki, elə məqamlarda şairliyiniz köməyinizə çatsın?

- 1995-ci ildə Tacikistanda - Düşənbə yaxınlığında idim. Sərhəd yaxınlığında tam təsadüfən bir quldur dəstəsinin əlinə keçdim. Onlar məni tutub yük maşınının arxasına atıb apardılar, başa düşdüm ki, kölə kimi satmaq istəyirlər. Tanımadığım bir yerə gətirdilər və bir otağa atdılar. Özləri isə digər otaqda yemək yeyirdilər. Arada səslərini eşdirdim, amma nə danışdıqlarını başa düşə bilmirdim. Bircə buna əmin idim ki, daha burdan qurtuluş yoxdur. Vəziyyətim çox çətin idi, amma özümü cəmləyib şeir oxumağa başladım. Bir anda həmin quldurlardan biri otağa daxil oldu və dedi: "Nə edirsən?" Mən də cavab verdim: "Heç nə, şeir oxuyuram". O soruşdu: "Kimin şeirini?" Dedim: "Öz şeirlərimdir". Çıxdı, bir müddət danışdılar. Sonra yenidən qayıtdı və məni süfrəyə dəvət etdi. Süfrəyə plov gətirdilər, amma mən çaşqınlıq içində idim, çünki 15 nəfər əlində avtomatla kənarlarda oturmuşdu. Nə edəcəyimi bilmədim, amma onlar dedilər: "Səni buraxacağıq, bizimlə yemək ye". Doğrudan da, yeməkdən sonra məni buraxdılar. Sonradan bildim ki, o tayfa üçün şair çox müqəddəs bir varlıqdır. Onlar şairə əl qaldırmağın haram olduğunu düşünürdülər. Və onların inancına görə, şairə zərər yetirən kimsəni Allah dərhal cəzalandırar, rəhmi gəlməz. Bu inanc onları çox qorxudurdu. Beləcə, şeirlərim məni köləlikdən, hətta ölümdən xilas etdi.

- Olumla ölüm arasındakı həyat, ruh və ürəyin fərqi, sizcə, nədir?

- Həyat, doğrudan da, qısadır. O qısa ömrü xoş, sevinc içində yaşamaq lazımdır. İnsanlara maksimum sevgi, qayğı və mehribanlıq göstərmək lazımdır. İnanın ki, onda hamı xoşbəxt olar, hamının üzündə təbəssüm görünər. Ruh və ürəyə qalanda isə, mənim üçün bunlar hər ikisi eynidir, amma bir fərqlə: ürək dayanandan sonra da ruh yaşayır...

Söhbətləşdi: Xanım AYDIN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri