Icma.az
close
up
RU
Şeirsiz şair olan Əkbər Qoşalı Saffari yazır…

Şeirsiz şair olan Əkbər Qoşalı Saffari yazır…

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Yaxşı xatirimdədir, bir dəfə Əkbər Qoşalı haqqında bir yazı yazmış, həmin yazıda onun yaxşı, ciddi şeirlərinin olmadığını demişdim. Sabahı gün də görmüşdüm ki, “Ədəbiyyat qəzeti”ndə Əkbər Qoşalının şeirləri yayımlanıb.

Açığı, onun bu qədər həyəcanlanacağını gözləmirdim. Çünki həmin vaxt cəmi dörd-beş şeirini oxumuşdum. Ədəbiyyat qəzetinə yaxşı şeir adı ilə verdiklərini də oxuyub əmin oldum ki, necə də uzaqgörən adam imişəm.

Düzünü desəm, mən Əkbər Qoşalını başa düşə bilmirəm. Ümumiyyətlə, onun şair varlığı məni dəhşət güldürür. Bəlkə də, ölkədə yeganə şeiri olmayan şairdir. Yenə İlqar Fəhmini şair hesab etməsəm də, bir neçə yaxşı şeiri var, adı gələndə adamın ağlına şeir də gəlir. Əkbər Qoşalı isə bundan belə məhrumdur.

Mənim təsəvvürümdə belə bir anlayış var:

“Türkçülüyün çörəyini yeyənlər”.

Əkbər Qoşalı mənim üçün məhz bu adamdır. Ancaq elə bilirəm, o, heç vaxt yavanlıq eləmir.

Obrazlı desəm, onun şeirlərindən həmişə canavar səsi gəlir. Ancaq ölüm ayağında olan canavar, uluya bilməyən. Ümumiyyətlə, elə bilirəm ki, Əkbər Qoşalı yatanda da əllərini sinəsində cütləyib bozqurd işarəsi tutur. Hətta Kamran Həsənli belə Əkbər Qoşalıdan daha maraqlı türkçüdür.

Əlbəttə, indi Əkbər Qoşalı və onun təfəkküründə olan adamlar yazını oxuyub “sən Türkə hücum edirsən” tonunda mənasız, məzmunsuz iddialar edə bilərlər. Çünki bu cür adamların özünü müdafiə, realizə etməyə başqa sözləri yoxdur. Ancaq mənim məsələm bu obrazla bağlıdır.

Əkbər Qoşalı hər yerdədir, amma heç yerdə görünmür. Onun indiyə qədər gördüyü işləri kim görsə, olduğu yerlərdə kim olsa, dünyanın ən məşhur adamlarından olardı. Fəqət Əkbər Qoşalı o qədər istedadsız adamdır, nə deməyindən asılı olmayaraq eşidilmir.

Dəfələrlə şairlərdən, yazıçılardan soruşmuşam ki, düzünü deyin, Əkbər Qoşalı deyəndə kimin ağlına hansı şeir gəlir? Görmüşəm gəlməyib. Demişəm, cəhənnəm, yaxşı, kimin ağlına hansı misra gəlir? Bu dəfə də heç kimdən səs çıxmayıb. Kim inanmırsa, tanıdığı yazıçı-şairlərdən qəfil üzbəüz Əkbər Qoşalının cəmi bircə misrasını soruşsun. Adım qədər əminəm ki, bilən olmayacaq.

Zəruri qeyd: Təkcə İntiqam Yaşardan soruşmayın. Çünki İntiqam Yaşar Əkbər Qoşalının hələ yazmadığı şeirləri də əzbər bilir.

İndi bütün ömrünü şeirə həsr etmiş şairin bircə şeiri də məşhur olmazmı? Nə vaxtda qədər Əkbər Qoşalının şeirlərini İntiqam Yaşarla özbəkistanlılar oxuyacaq? İntiqam Yaşar yazıq deyil bəs? Ona bu qədər zülm nəyə gərəkdir?

Əkbər Qoşalının gördüyü işlər haqqında çox şey eşitmək olar. Amma heç nə yadda qalmır.

Mən Əkbər Qoşalıya həm də “tədbir adam” deyirəm. Daim rəsmi yerlərdə olmaqdan ötrü sino gedir. Mikrofonu qələmdən çox sevir. Əlinə bir dəfə qələm alanda on dəfə də mikrofon alır. Şairlik zirvəsinə çıxmaqdansa, tədbirlərdə tribunaları çıxmağı üstün bilir. Şeir yaza bilmədiyi kimi, ciddi bir şeu danışa da bilmir. Elə aşağı-yuxarı deyir, “biz türk oğluyuq, Tanrı türkü qorusun”. Elə bil, biz erməni oğluyuq, deyəndə də deyirik Tanrı türkü söyləsin.

Əkbər Qoşalı kimləsə görüşəndə gicgahını toqquşdurur, tez-tez “əsən qalın” deyir. Şəxsən mən belə şeyləri görəndə əsən yox, əsir-yesir qalıram.

Onun xüsusilə türkçülüyə həsr etdiyi şeirləri oxuyanda “auuuu” yox, “əəəəəəəəə” eləyirəm. Şəxsən mən özüm də Turanın qurulmağını istəyirəm. Ancaq o Turan qurulanda Əkbər Qoşalı da orada olacaqsa, heç kim inciməsin, çıxıb gedəcəm. O Turan, o da siz. Heç kim də xahiş eləməsin, qayıdan deyiləm. Ümumiyyətlə, mənim nəyimə gərəkdir Əkbər Qoşalı olan Turan? Dərinə gedəndə, heç türklər özü də bunu istəməz.

Bəs görəsən, Əkbər Qoşalı şair olmaq istəyib, yoxsa şair kimi görünmək? Çünki bunlar tamam ayrı-ayrı peşələrdir. Birincidə adam yazır. İkincidə isə adam şəkil çəkdirir.

Hesab edirəm ki, Əkbər Qoşalı və onun timsalında çox adam həyatını çətinləşdirir. Sözsüz, Əkbər Qoşalı indən belə şair də ola bilməyəcək. Vaxt keçib, yaş keçib. Ancaq istəyərdim ki, ömrün bu çağında keçmişə baxsın, düşünsün, köks ötürsün. Görsün ki, şair olmaq istədiyi halda kim oldu? Məsələn, ondan geriyə bircə misra da olsa qalacaqmı? Yüz il sonra Əkbər Qoşalı ədəbiyyat, şeir üçün nəsə ifadə edəcəkmi?

Çünki ədəbiyyat tarixində çox maraqlı adamlar olub. Elələri var ki, bir kitab yazıblar, amma yüz il sonra da yaşayırlar. Elələri də var ki, yüz kitab yazıblar, amma heç biri yaşamır.

Əkbər Qoşalı isə sanki üçüncü kateqoriyanı yaradıb. Nə qədər kitab çıxarıb, nə qədər tədbir keçirib, nə qədər çıxış edib, nə qədər şəkil çəkdirib, amma ortada yenə də qəribə bir boşluq qalıb.

Elə bil böyük bir anbar tikilib, qapısını açırsan, içəridə ancaq əks-səda yaşayır.

Bəzən düşünürəm ki, yüz il sonra hansısa tələbə arxivdə onun adına rast gələcək.

Tozlu bir qovluq açacaq. Maraqlanacaq. Oxuyacaq.

Sonra üzünü qaldırıb soruşacaq:

– Bəs bunun şeirləri hanı?

Arxiv işçisi də çiyinlərini çəkəcək.

– O sualı yüz il əvvəl də veriblər.

Nə deyim, Tanrı türkləri Əkbər Qoşalıdan qorusun.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 İyun 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri