Icma.az
close
up
RU
Şəkər xəstələrinə verilən dərmanlarla bağlı YENİ TƏKLİF

Şəkər xəstələrinə verilən dərmanlarla bağlı YENİ TƏKLİF

Icma.az, Bakupost saytına istinadən bildirir.


Bu günlərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müştəriyə dərmanı 20 qəpik baha satdığı üçün “Buta” apteklər şəbəkəsini 4 000 manat cərimələməsi dərman qiymətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bundan sonra vətəndaşlar bir sıra apteklərdə qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların müəyyən edilmiş qiymətdən baha satıldığını iddia ediblər.

Mövzu ilə bağlı “Bakupost”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 3 mindən çox dərmanın yuxarı qiymət həddi dövlət tərəfindən müəyyənləşdirilib:

“Tənzimlənən qiymətdən yuxarı dərmanların satışı qadağandır. Bu, çox yaxşı haldır. Lakin təəssüflər olsun ki, əhali, eləcə də mən bir istehlakçı kimi bu tənzimləmədən tam razı deyiləm. Çünki bəzi dərmanların qiyməti elə tənzimlənib ki, həmin preparatlar qonşu ölkələrdə Azərbaycandan daha ucuzdur. Yəni Azərbaycanda bəzi dərmanlar üçün qiymət həddi kifayət qədər yüksək müəyyənləşdirilib. Bu, əlbəttə, biznes qurumlarının maraqlarına uyğundur”.

Birlik sədri bildirib ki, dövlət tərəfindən tənzimlənən dərmanların qiymət siyahısı bütün apteklərdə olmalıdır:

“İstehlakçılar aldıqları dərmanın qiyməti ilə bağlı diqqətli olmalıdırlar. Onlar qiymətləri görməyi tələb edə bilərlər və apteklər həmin siyahını təqdim etməyə borcludurlar”.

E.Hüseynov qeyd edib ki, qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların baha satılması ilə bağlı birliyə indiyədək şikayətlər daxil olmasa da, sözügedən tənzimləmə ilə bağlı narazılıqlar var:

“Şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün bir sıra dərmanların pulsuz verildiyi məlumdur. Təəssüf ki, həmin şəxslər üçün daha effektiv olan bəzi dərmanlar pulsuz deyil və onların qiyməti nisbətən bahadır. Yaxşı olardı ki, dövlət bu dərmanların da təminatını nəzərdən keçirsin.

İstehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə sıx əlaqədə olmalıdırlar. Antiinhisar qurumu da istehlakçılar üçün rahat kommunikasiya şəraiti yaratmalıdır ki, belə hallar baş verdikdə operativ şəkildə qarşısı alınsın və zəruri hallarda cərimələr tətbiq olunsun”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri