“Səki örtükləri seçilərkən daha çox təhlükəsizlik məsələləri ön planda saxlanılmalıdır” Ekspert
Icma.az, 525.az saytına istinadən bildirir.
“Bakı küləkli iqlimə malik şəhərdə səki örtükləri seçilərkən estetik görünüşdən daha çox təhlükəsizlik məsələləri ön planda saxlanılmalıdır. Düzgün seçilməyən səki örtükləri küləkli və yağışlı havalarda paytaxt sakinləri üçün ciddi problemlər yaradır”.
Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib. Ekspert bildirib ki, cilalanmış mərmər və digər sürüşkən səthlər yağışlı havalarda piyadalar üçün real risk yaradır və bu, tez-tez bədbəxt hadisələrə səbəb ola bilər:
“Hər küçədə fərqli materiallardan istifadə olunması təhlükəsizlik baxımından qəbuledilməzdir. Eyni zamanda bu şəhərin ümumi vizual görünüşünə mənfi təsir göstərir. Şəhər mühiti ilk növbədə piyadalar üçün əlçatan və təhlükəsiz olmalıdır".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 07 Aprel 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















