Icma.az
close
up
RU
Ölkəmizdə səki anlayışından xəbəri olmayanlar var EKSPERT TƏNQİD ETDİ FOTO

Ölkəmizdə səki anlayışından xəbəri olmayanlar var EKSPERT TƏNQİD ETDİ FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtda və bölgələrdə nəqliyyat axınının intensivləşməsi, avtomobil sayının sürətlə artması, eləcə də bəzi sürücülərin məsuliyyətsiz davranışları dayanma-durma qaydalarının pozulması hallarının artmasına səbəb olur. Bu cür qayda pozuntuları təkcə nəqliyyatın hərəkətinə mane olmur, həm də digər sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır.

Xüsusilə, avtobus dayanacaqları, səki kənarları, keçidlər və yolun dar hissələrində qaydaların pozulması ictimai nəqliyyatın işini çətinləşdirir, tıxacların yaranmasına səbəb olur və qəza riskini artırır. Problemin miqyası gündən-günə böyüdüyü üçün bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac yaranır.

Son zamanlar dayanma-durma qaydalarının pozulması halları niyə bu qədər artıb? Qurumlar bu məsələnin həlli üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlmasında bildirib ki, dayanma-durma qaydalarının pozulması ilə bağlı halların artması bir neçə amillə bağlıdır:


“Birincisi, parklanma üçün kifayət qədər yerimiz, məkanımız yoxdur. Bakının demək olar ki, ən gəzməli, görməli yerləri, istirahət edilməli yerləri, restoranları, əyləncə mərkəzlərinin hamısı, demək olar ki, 90%-i mərkəzdə yerləşir. Bütün nəqliyyat vasitələrinin sahibləri də buna görə mərkəzə gəlməli olur. Nəticə etibarilə, parklanma problemi yaşanır.

Bəzən insanlar da parklanmağa pul ödəməmək üçün maşınları harda gəldi saxlamağa çalışırlar. Məhlələrə gedirlər və yaxud da səkilərdə, dayanma-durma qaydalarının olmadığı yerlərdə saxlayırlar.

Bəzilərinin ümumiyyətlə məlumatı yoxdur ki, piyada keçidindən neçə metr qalmış, zebraya 5 metr qalmış maşın saxlamaq olmaz. Yol ayrıcına 5 metr qalmış maşın saxlamaq olmaz. Səki anlayışından xəbərsiz insanlar var. Yəni, bu, çox təəssüf doğuran bir haldır, təəssüf ki, amma var”.

Ekspert əlavə olaraq qeyd edib ki, parklanmağa, dediyim kimi, pul ödəmək istəməyən insanlar var və onlar da məhəllələrə, səkilərə, gözdən-könüldən uzaq küçələrə, yollara daraşıblar:

“Əlbəttə, o küçə yollar alternativ yol kimi istifadə olunur. Sadəcə, bunlar yerləri zəbt edirlər. Bir də görürsən süni sıxlıq yaranır. Parklanma yerlərində yer olduğu halda, adam pul vermək istəmir.


İndi qanunvericiliyə kifayət qədər sərt tələblər qoyulub. İkinci cərgədə saxlamağın cəzası ağırlaşıb. Səkidə dayanmağa görə cəza ağırlaşıb. Avtobus dayanacağında və yaxud da dayanacağa 15 metr qalmış saxlamağın cəza ağırlaşıb.

Piyada keçidinə və yol ayrıcına 5 metr qalmış saxlamaq cəzası ağırlaşıb. Çünki artıq həm də bal nəzərdə tutulur. Yəni, bu qayda pozuntularına görə əlavə 2 bal nəzərdə tutulur.

Əvvəl sadəcə cərimə idi, 20 manat. Müəyyən nəticələr var əslində. Sadəcə, dediyim kimi, yer məhdudiyyəti var və yaxud da düzgün planlaşdırılmayan səfərlər var. Bu baxımdan, bax, belə bir nəticə alınır”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see171

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see151

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see137

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see132

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see131

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see129

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see125

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see124

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see123

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see122

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see120

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see119

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see119

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see118

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see117

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see117

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see117

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see117

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see117

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri