Şəki teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəki, 28 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 28-dən Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün rus müəllif Vladimir Yansyukeviçin nağılı əsasında hazırlanmış “Oyuncaqların qış nağılı” (tərcümə edəni Lalə Məmmədova) adlı tamaşanın nümayişinə başlanılıb. Məqsəd Yeni il bayramı ərəfəsində və tətil günlərində uşaqlara yüksək bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Nağıl-tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Arzu Mustafayeva, Nərmin Abbasova və başqaları ifa edirlər.
Teatrda Yeni il şənlikləri gün ərzində 4 seans olmaqla, yanvarın 6-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















