Şəki Dövlət Dram Teatrı məktəbliləri yeni tamaşa ilə sevindirəcək
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəki, 6 may, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Azərbaycan uşaq ədəbiyyatının incilərindən sayılan “Qaraca qız” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam edir. Görkəmli Azərbaycan ədibi Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiq tərəfindən səhnələşdirilmiş pyes tezliklə rejissor Elvin Nurinin quruluşunda təqdim olunacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Gülxar İmamhüseynova, Nuranə Mirzəliyeva, Nərmin Abbasova, Pərviz İsmayılov, Rəşad Rüstəmov, Günay Novruzəliyeva, Rəşid Mirizadə, Nərmin Nəbiyeva, Elvin Mabudov və digərləri ifa edirlər.
Səhnə əsərində dostluq və fədakarlıq kimi ali dəyərlər tərənnüm edilir.
Teatrin mütəxəssisi bildirib ki, məktəbli tamaşaçılar üçün nəzərdə tutulan əsər yeni, fərqli finalla təqdim olunacaq.
Müxbir – Mustafa Dadaşov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 06 May 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















