Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Həmid Əliyevin digər cinayət işi ilə bağlı məhkəmənin təyin etdiyi cəza qismən birləşdirilərək ona yekun olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Marqarita pizza
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 07 May 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















