Icma.az
close
up
RU
Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəki Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıq qəsdən adam öldürmədə və qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə, eləcə də xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətlərində ittiham olunur.
İttihama görə, Həsrət Əliyev “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, milli geyim ləvazimatı və ya ovçuluq fəaliyyəti ilə bağlı hallar istisna olmaqla, 2025-ci ilin may ayının sonlarında istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici və ucu deşici xassəyə malik ov bıçağını qanunsuz olaraq əldə edib və üzərində gəzdirməyə başlayıb.
Daha sonra 2025-ci ildə gecə saat 03:05 radələrində Şəki rayonu ərazisində magistral yolun kənarında o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Bu zaman onun üzərinə baxış keçirilərkən qeyd olunan bıçaq aşkar edilərək götürülüb. Bununla da təqsirləndirilən şəxsin qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə əməli sübuta yetirilib.
İttihamın daha ağır hissəsi isə qəsdən adam öldürmə faktı ilə bağlıdır.
İstintaqla müəyyən edilib ki, Həsrət Əliyev əvvəllər barəsində seçilmiş həbs qətimkan tədbirindən yayınmaq məqsədilə müxtəlif ünvanlarda gizlənib. Bu müddətdə o, həyat yoldaşı Zəhra Əliyevanın ona xəyanət etməsindən şübhələnib.
Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs azyaşlı oğlu ilə telefon danışıqları zamanı həyat yoldaşının digər şəxslərlə əlaqədə olması barədə məlumatlar əldə edib və qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Həmçinin azyaşlı uşağın verdiyi məlumat əsasında, hadisə günü qadının valideynlərinin evdə olmayacağını öyrənərək planını həyata keçirmək üçün şərait yaradıb.
Beləliklə, o, 2025-ci ildə səhər saatlarında üzərində gizlətdiyi ov bıçağı ilə taksi vasitəsilə Şəki rayonunun Cəyirli kəndinə gəlib. Kəndə daxil olduqdan sonra bir müddət gözləyib, zərərçəkmiş şəxsin valideynlərinin evdən çıxmasını müşahidə etdikdən sonra ora gedib.
İstintaq materiallarına görə, Həsrət Əliyev əvvəlcə həyətə, daha sonra isə evin yataq otağına daxil olaraq qapını arxadan bağlayıb. Zərərçəkmiş şəxsin yatdığı və müqavimət göstərmək imkanının məhdud olduğu vəziyyətdən istifadə edərək, ona qarşı xüsusi amansızlıqla hücum edib. O, arvadına yüksək səslə müraciətlər edərək psixoloji təzyiq göstərib və həmin vaxt otaqda olan azyaşlı uşağın, eləcə də həyətdə olan yaxın qohumların bu hadisəni eşitdiyini və bunun onlara əlavə iztirab verdiyini dərk edərək hərəkətlərini davam etdirib.
Təqsirləndirilən şəxs özü ilə gətirdiyi bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə Zəhraya ümumilikdə 12 ədəd kəsilmiş-deşilmiş yara xəsarəti yetirilib. Bu xəsarətlərdən biri – döş qəfəsinə nüfuz edərək ürəyi zədələyən yara həyati təhlükəli olub və güclü daxili və xarici qanaxmaya səbəb olub.
Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Beləliklə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə kimi qiymətləndirilib.
Həsrət Əliyevin hadisəni törətdikdən sonra qaçıb və sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Qeyd edək ki, onların iki övladı var. (Pravda.az)

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 May 2026 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri