Icma.az
close
up
RU
Şəkidə Beynəlxalq Ana Dili Günü qeyd olunub Foto

Şəkidə Beynəlxalq Ana Dili Günü qeyd olunub Foto

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 21-də  Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi birgə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirib. 

Hurriyyet.Az xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Bəhruz Nəbili, idarənin struktur bölmə rəhbərləri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin müəssisələrlə iş sektorunun müdiri Elvin Qarayev, Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sadiq Yusifov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədri Ziyafət Xasıyeva, müxtəlif idarə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Şəki şəhər Səməd Vurğun adına Folklor evində təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən bəhs edərək, hər bir xalqın ana dilinin onun milli sərvəti və kimliyinin göstəricisi olduğunu söyləyiblər. Qeyd olunub ki, tarix boyu xalqların və millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapmışdır. Dilimizin qorunması və gələcək nəsillərə miras olaraq ötürülməsinin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu diqqətə çatdıran natiqlər, həmçinin nitqimizdə və yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyini vurğulayıblar.
Sonda Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 Fevral-Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

Mövzuya dair fotomateriallar: 










 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Fevral 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri