Icma.az
close
up
RU
ADU da Beynəlxalq Çin Dili Günü qeyd olunub

ADU da Beynəlxalq Çin Dili Günü qeyd olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 aprel, AZƏRTAC

Çin Xalq Respublikasının müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndə heyəti Beynəlxalq Çin Dili Günü münasibətilə Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, prorektorlar Jalə Qəribova, Şəfəq Şahməmmədova və Həmidə Əliyeva ilə nümayəndə heyəti arasında görüş keçirib, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.

Çin tərəfini Hebei İqtisadiyyat və Biznes Universitetinin prorektoru Du Hongmei, Beynəlxalq Mübadilə Mərkəzinin direktoru Shang Livei, İncəsənət Məktəbinin Partiya Təşkilatının katibi Liu Jingwang və digər ali təhsil müəssisələrinin nümayəndələri təmsil edib. Heyətin tərkibində fakültə dekanları, müəllimlər, musiqiçilər və tələbələr də olub. ADU tələbələri ilə birgə interaktiv tədbirlər, sənət və mədəniyyət proqramları təşkil edilib.

Hebei İqtisadiyyat və Biznes Universitetinin nümayəndəsi universitetin beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti qeyd edib, son illərdə həyata keçirilən inkişaf strategiyalarından və Konfutsi institutları vasitəsilə qurulan mədəniyyətlərarası dialoqun rolundan bəhs edib. O, Çində Azərbaycan dili və mədəniyyətinin tanıdılması istiqamətində yeni əməkdaşlıq imkanlarının yaradıldığını vurğulayıb.

Görüş zamanı universitetlər arasında iki diplomlu proqramların təşkili, kurikulumların uyğunlaşdırılması, birgə elmi jurnalların nəşri və tələbələrin elmi rəhbərlik çərçivəsində dəstəklənməsi kimi təşəbbüslər irəli sürülüb. Tərəflər bu istiqamətdə ilkin addım olaraq Anlaşma Memorandumunun imzalanmasını planlaşdırıb. Görüş qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda keçib. Hər iki tərəf təhsil, elm və mədəniyyət sahələrində davamlı əməkdaşlığa açıq olduqlarını bildirib. Sonda tərəflər belə təşəbbüslərin iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini qeyd ediblər.

Danışıqlardan sonra ADU-nun akt zalında rəsmi tədbir keçirilib. Tədbir Çin Xalq Respublikasının Təhsil Nazirliyi, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunub.

Tədbirdə hər iki xalqın milli musiqiləri və rəqsləri təqdim olunub, mədəni dəyərlər nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri