Icma.az
close
up
RU
Şəkidə canavarlar kəndə hücum etdi: 30 qoyun tələf oldu VİDEO

Şəkidə canavarlar kəndə hücum etdi: 30 qoyun tələf oldu VİDEO

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Şəki rayonunun ucqar Qozlubulaq kəndində canavarların təsərrüfatlara hücumu nəticəsində qoyun-quzu tələf olub.
Lent.az xəbər verir ki, yırtıcılar xırdabuynuzlu heyvanların bir hissəsini parçalayaraq məhv edib, bir neçəsini isə yaralayıb.
Daha ətraflı APA TV-nin videomaterialında:


Şəki rayonunun ucqar Qozlubulaq kəndində canavarların təsərrüfatlara hücumu nəticəsində 30 baş qoyun-quzu tələf olub

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, hücum kənd sakini Orxan Babayevə məxsus təsərrüfat da daxil olmaqla bir neçə sakinin təsərrüfatına olub.

İlkin məlumata görə, yırtıcılar xırdabuynuzlu heyvanların bir hissəsini parçalayaraq məhv edib, bir neçəsini isə yaralayıb.

Təsərrüfat sahibi Orxan Babayev bildirib ki, hadisə səhər tezdən baş verib. Onun sözlərinə görə, canavar hündürlüyü iki metrdən artıq olan hasarı aşaraq tövləyə daxil olub və 10 baş qoyunu yerindəcə məhv edib, daha 13 baş heyvanı yaralayıb. Yaralı heyvanların yaşaması sual altındadır. O, həmçinin canavarın bir baş qoyunu aparmasının şahidi olduğunu qeyd edib.

O.Babayev əlavə edib ki, ailə bütün vəsaitini qoyunçuluğun inkişafına yönəldib və təsərrüfatın saxlanılması üçün xeyli xərc çəkib. Onun sözlərinə görə, dəyən ziyanın məbləği təxminən 20 min manat təşkil edir.

Qeyd edək ki, Qozlubulaq kəndi Şəki şəhərindən təxminən 70 kilometr məsafədə yerləşir və sakinlərin əsas məşğuliyyəti qoyunçuluq və əkinçilikdir. Kənd ətrafında dərə və təpəliklərin çoxluğu yırtıcı heyvanların fəallaşmasına şərait yaradır.

Kənd sakini Rahim Əhmədov bildirib ki, sakinlər heyvanlarını örüşə apararkən təhlükəsizlik məqsədilə bir neçə nəfərlə birlikdə hərəkət edirlər. Onun sözlərinə görə, bəzi hallarda canavar hücumlarına qarşı çoban itləri də aciz qalır.

Kənd icra nümayəndəsi Niyaz Şirinov bildirib ki, tələf olan heyvanlar baytar həkimlərin nəzarəti ilə kənd kənarında xüsusi ayrılmış ərazidə basdırılıb, zərərçəkən təsərrüfatlarda dezinfeksiya işləri aparılıb.

O, həmçinin qeyd edib ki, bəzi sakinlər hələ də mal-qaranı sığorta etdirməyə laqeyd yanaşır ki, bu da belə hallarda ciddi maddi itkilərlə nəticələnir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 May 2026 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri