Kürdəmirdə canavarlar təsərrüfata hücum etdi 10 qoyun tələf oldu FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kürdəmirdə canavarlar təsərrüfata hücum edib. 10 baş xırdabuynuzlu heyvan tələf olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.
Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib.
Nəticədə fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan (qoyun – red.) tələf olub, 5-si isə ağır yaralanıb.
Təsərrüfat sahibinin sözlərinə görə, yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.
Qeyd edək ki, bir necə gün öncə də yırtıcılar rayonun Çöl-Qubalı və Sığırlı kəndlərində də təsərrüfatlara hücum çəkib və fermerlərə 10 min manata yaxın maddi ziyan vurmuşdular.
Bizim.Media, Aran bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 Dekabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















